peoplepill id: asif-rzayev
AR
1 views today
1 views this week
The basics

Quick Facts

The details (from wikipedia)

Biography

Asif Hacı oğlu Rzayev (26 iyun 1948) — texnika üzrə elmlər doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri.

Həyatı

Rzayev Asif Hacı oğlu 1948-ci ilin iyun ayının 26-da Şərur rayonunun Şahtaxtı kəndində müəllim ailəsində anadan olmuşdur. 1971-ci ildə Neft və Kimya institutunun energetika fakultəsini bitirmiş. Ordu sıralarında  xidmət etmiş, 1972-ci ildən Sumqayıt şəhərində, ETLİ “Neftkimyaavtomat”-da əmək fəaliyyətini davam etdirmişdir. 1973-çü ildə aspiranturaya daxil olaraq neft məhsullarının magistral borularda ardıcıl nəqli zamanı onların axırıncı məntəqədə paylanmasının avtomatlaşdırılması problemi ilə məşğul olmuş və 1983-cü ildə “Ardıcıl vurulmada neft məhsullarının paylanmasını idarəetmənın avtomatlaşdırılması” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983–1985-ci illərdə rezervuarlarda neft məhsullarının miqdarının ölçülməsı məsələləri ilə məşğul olmuş, eyni zamanda İrak Respublikasının mədənləri üçün lay təzyiqini sabit saxlama prosseslərini idarə etmək məqsədi ilə  nasoslarıidarə edən mikroprosessorlu idarə qurğusunun yaradılmasına rəhbərlik etmişdir. 1985-ci ildən lokal idarə qurğuları laboratoriyasına rəhbərlik edərək bir sıra telemexanik sistemlərin “TM-Şelf”, “TM-620 mikro”, “TM-AQM”, “TM-Gilavar”  “NUR” yaradılması və Neft daşları, Arxanğelskneft, Voyvojneft, Komi Respublikasının, Türkmənistan Respublikasının, Salyan OYL şirkətinin mədənlərində tətbiqi ilə bilavasitə məşğul olmuş və bu sistemlərin modernləşdirilməsinə nail olmuşdur. 2008-ci ildən AMEA İdarəetmə Sistemləri institutunda laboratoriya rəhbəri vəzifəsinə seçilmişdir. Onun əsas tədqiqat istiqaməti neftçıxarma obyektlərinin nəzarət diaqnostika və idarəetmə sistemlərinin yaradılması olmuşdur. 2017-ci ildə 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Az debitli  quyulardan neftçıxarma proseslərinin küy monitorinq, diaqnostika, idarəetmə texnologiya və sistemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, bu sistemlərin müasir mikrokontrollerlər, informasiya texnologiyaları əsasında yaradılması və sənayeyə tətbiqi sahəsində tanınmış ixtisasçıdır. Hal-hazırda institutda onun bilavasitə iştirakı ilə bir sıra sənaye əhəmiyyətli innovasiya yönümlü informasiya sistemləri yaradılır. A.H.Rzayev Kibernetika institutundakı ixtisaslaşmış şuranın üzvüdür. Ailəlidir. İki oğlu, bir qızı, Asif, Səriyə, Güldanə, Nailə, Amal, Rasim  və Nilay adlı yeddi nəvəsi var.

Əmək və elmi fəaliyyəti

Elmi əsərlərin sayı

  • Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 98
  • Xaricdə çıxmış elmi əsərlərinin sayı: 24
  • Respublikada çıxmış elmi əsərlərinin sayı: 26
  • Konfrans məruzələri və tezislər sayı: 37
  • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı:11

Əsas elmi nailiyyətləri

  1. Magistral kəmərlərin son məntəqələrində neft məhsullarının qəbulunun optimallaşdırılması alqoritmlərini yaratmışdır.
  2. Neft məhsullarının ardıcıl nəqli prosesində qarışıqların rasional paylanmasını təmin edən məlumat ölçü sisteminin mikro-EHM bazasında yaratmışdır.
  3. Qazlift üsulu ilə neftçıxarmanın avtomatlaşdırılması üçün müxtəlif seriyalı mikro-EHM-lər və mikroprosessorlar bazasında nəzarət və idarə komplekslərin yaradılması.
  4. Neftçıxarma prosesslərində məsafədən nəzarət və idarə sistemlərinin mikrokontrollerlər və informasiya texnologiyaları bazasında yaradılması.

Əsas elmi əsərlərinin adları

  1. Алиев Т.А., Аббасов А.М., Гулуев Г.А., Рзаев Ас.Г., Пашаев Ф.Г. "Корреляционные индикаторы микро изменений в технических состояниях обьектов контроля", "Кибернетика и системный анализ" №4, Киев, 2009г.
  2. Гулуев Г.А., Рзаев Ас.Г., Юсифов И.Б., Саттаров И.Р. "Комбинированный Способ Измерения Дебита Нефтяных Скважин", "Мехатроника, автоматизация, управление", Москва, Издательство "Новые технологии" №8, 2011г., с.27-30.
  3. Aliev T.A., Rzayev A.H, Guluyev G.A., Alizada T.A., Rzayeva N.E. "Robust noise technology and system for oil well srpu diagnostics and management"//Transaction of Azerbaijan National Academy of Sciences, Series of Physical-Technical and Mathematical Sciences: Informatics and Control problems, Vol.XXXV, №3, 2015, pp.3-26.
  4. Алиев Т.А., Нусратов О.Г., Гулуев Г.А., Рзаев Ас.Г., Пашаев Ф.Г., Резван М.Г., Керимов А.Б. "Алгоритмы диагностики неисправностей штанговых глубинно-насосных установок", "Мехатроника, автоматизация, управление", Москва, Издательство "Новые технологии" №5, Том 16, 2015г. с.314-320.
  5. Aliev Telman Abbas, Nusratov Ogtay Gudrat, Isgenderov Dashqin Alam, Guluyev Gambar Agaverdi, Rzayev Asif Haji, Rezvan Mahammad Huseyn "Algorithms of identification of force signals on the polished rod of sucker-rod pumping units.” // INTERNATIONAL JOURNAL of ACADEMIC RESEARCH Vol. 7, №2, March, 2015, pp.383-392

Pedaqoji fəaliyyəti

  • 10 il Sumqayıt Dövlət Universiteti:

1978-1987–ci illərdə indiki Sumqayıt Dövlət Univestetində “Elektrotexnika”, “Ölçü texnikası” və “AVtomatıkanın elektron qurğuları” fənlərindən mühazirələr və praktiki işlər aparmışdır.

Mükafatları

  • V.İ.Leninin anadan olmasının 100 illiyi münasibəti ilə “Şərəfli əməyə görə” (“За доблестный труд”) medalı ilə təltif edilmişdir.

Nəşrlər

Məgаlələr

Seçilmiş əsərləri:

  1. T.A.Aliyev, Q.Quluyev, F.Pashayev, A.Abbasov, As.H.Rzayev. Pozition-Binary and Spectral indicators of microchanges in the technical states of control objects // Automatic Control and Computer Sciences, Springer New York, №3, vol.43, 2009, pp.156-165.
  2. T.Aliyev, Q.Quluyev, F.Pashayev. As.H.Rzayev. Correlation indicators of microchanges in technical states of control objects // Cybernetics and Systems Analysis, Springer New York, No.4, vol.45, 2009, pp.655-662.
  3. T.A.Əliyev, Q.A.Quluyev, F.H.Paşayev, As.H.Rzayev, İ.B.Yusifov. Ştanqlı, dərinlik nasoslu neft quyularınınani məhsul darlığının təyini alqoritmi // Azərbaycan Milli ElmlərAkademiysının Xəbərləri. Fizika-Texnika və Riyaziyyat elmləri seriyası, Cild XXIX, №3, 2009 il, s.125-129.
  4. Т.А.Алиев, О.К.Нусратов, Г.А.Гулуев, Ф.Г.Пашаев, Ас.Г.Рзаев, И.Р. Саттаров. ROBUST NOISE MONITORING TECHNOLOGY COMPLEX ДЛЯ МОНИТОРИНГА, ДИАГНОСТИКИ И УПРАВЛЕНИЯ НЕФТЯНЫХ СКВАЖИН RNMT-С // Azərbaycan MilliElmlərAkademiyasınınXəbərləri. Fizika-Texnika və Riyaziyyatelmləri seriyası, CildXXXI, №3, 2011 il, s.177-183.
  5. Ас.Г.Рзаев. Автоматизация процессов нефтедобычи штанговыми глубинными насосами применением помехотехнологий // Журнал "Научные труды" НИПИ "Нефтегаз" ГНКАР №4, 2012г.
  6. Аc.Г.Рзаев. Способы и средства автоматизированногоизмерения дебита нефтяных скважин // AzərbaycanMilliElmlər Akademiysının Xəbərləri. Fizika-Texnika və Riyaziyyatelmləriseriyası, CildXXXIII, №3, 2013 il, s.110-117.
  7. Т.А.Алиев, Д.А.Искендеров, Г.А.Гулуев, Аc.Г.Рзаев, М.Г.Резван. Результаты внедрения комплекса контроля, диагностики и управления для нефтяных скважин, эксплуатирующихся штанговыми глубинными насосами в нефтегазодобывающем управлении «Бибиэйбатнефть» // Azərbaycan nefttəsərrüfatı, №06, 2014, s.37-41.
  8. Г.А.Гулуев, Аc.Г.Рзаев, Я.Г.Алиев, М.Г.Резван, М.И.Хакимьянов. Контроллеры и станции управления скважин, эксплуатирующихся штанговыми глубинными насосами // Azərbaycan neft təsərrüfatı, № 09, 2014, s.32-40.
  9. Рзаев Ас.Г. Принцип измерения мгновенной мощности в цепи трехфазного тока для применения в robustnoisemonitoring технологии // Известия НАНА, серия физико-технических и математических наук, том XXXIV, №3, 2014г., с.69-75.
  10. Г.А.Гулуев, Ас.Г.Рзаев, Ф.Г.Пашаев, М.Г.Резван. Алгоритм определения усилия на полированный штокштанговых глубинных насосов комбинированным способом // Известия НАНА, серия физико-технических и математических наук, том XXXIV, №3, 2014г., с.76-88.
  11. Рзаев Ас.Г. Нормализация данных динамограмм штанговых глубинно насосных установок перед идентификацией // XII международная научно-практическая конференция: «Научные перспективы XXI века. Достижения и перспективы нового столетия» Россия, г. Новосибирск 19-20.06.2015. – c.102-105.
  12. Рзаев Ас.Г. Управление нефтедобычи в поздней стадии эксплуатации месторождения // 19 Международная научно-практическая конференция: «Научное обозрение физико-математических и технических наук в XXI веке» Россия, г.Москва, 24-25 июля 2015 г. c.35-39.
  13. T.A.Aliev, As.H.Rzayev, G.A. Guluyev, T.A. Alizada, N.E.Rzayeva Robust technology and system for management of sucker rod pumping units in oil wells Mechanical Systems and Signal Processing 99(2018) 47-56.
  14. T.A.Aliev, O.G.Nusratov,G.A.Guluev, As.H.Rzaev, F.G.Pashaev, M.G.RezvanPosition-Binary Technology for Processing the Signals of a Load for Identification of the Technical State of Deep-Well Sucker-Rod Pumps. Springer, Measurement Techniques Volume 61, Issue 9, December 2018, Pages 885-890.

Və s.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Asif Rzayev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Asif Rzayev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes