Asif Kalantarli
Quick Facts
Biography
Asif Süleyman oğlu Kələntərli (1954, Naxçıvan) — Naxçıvan Muxtar Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini.
Həyatı
Asif Süleyman oğlu Kələntərli 1954-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhər Cəlil Məmmədquluzadə adına 2 nömrəli orta məktəbində almışdır. Orta təhsilini bitirdikdən sonra Suraxanı Neft Mədənlərində operator işləmişdir. Daha sonra hərbi xidmətdə olmuş Asif Kələntərli Naxçıvan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə qəbul olaraq ali təhsilini 1978-ci ildə tamamlamışdır. O, ali təhsilini tamamladıqdan sonra Naxçıvan MSSR Mədəniyyət Nazirliyində metodist, elmi işçi, inspektor, 1987-ci ildən 1991-ci ilin sentyabr ayınadək Naxçıvan Məktəblilər Sarayının direktor müavini vəzifəsində çalışmışdır.
Siyasi fəaliyyəti
Asif Kələntərli rəhbərliyində 1970-cı illərdə Naxçıvan Muxtar Respublikasında İbrahim İbrahimli, Arif Rəhimli, Asəf Quliyev və daha bir neçə şəxs tərəfindən gizli fəaliyyət göstərmiş "Azadlıq" adlı təşkilat təsis edilmişdir.
Asif Kələntərli Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur.
Asif Kələntərli 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə keçirilmiş seçkilərdə 14 nömrəli Naxçıvan şəhər 28 may seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilmişdir. Heydər Əliyevin Azərbaycan Xalq Cəbhəsi üzvü deputatlardan da dəstək alaraq Naxçıvan Ali Məclisinin sədri seçilməsindən sonra Heydər Əliyevin də dəstəyi ilə bu hadisədən sonra Asif Kələntərli Ali Məclis sədrinin müavini seçilmişdir.
Asif Kələntərli 12 noyabr 1995-ci il tarixində Naxçıvan Ali Məclisinə keçirilmiş seçkilərdə 33 saylı Əcəmi seçki dairəsindən deputat seçilmişdir.
Asif Kələntərli 1996-cı il tarixində Naxçıvan Muxtar Respublikası Dövlət Mətbuat Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur.