peoplepill id: asgar-ayyubov
AA
Azerbaijan
1 views today
1 views this week
Asgar Ayyubov
Azerbaijani professor

Asgar Ayyubov

The basics

Quick Facts

Intro
Azerbaijani professor
Work field
Gender
Male
Birth
Place of birth
Shaki, Azerbaijan
Place of death
Baku, Russian Empire
The details (from wikipedia)

Biography

Əsgər ƏyyubovCabbar oğlu (1926, Nuxa2000, Bakı)— coğrafiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Mükafatı laureatı, SSRİ Coğrafiya Cəmiyyətinin Litge adına Qızıl medal laureatı.

Həyatı

Ə.C.Əyyubov Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1951-ci ildə BDU-nu bitirib, SSRİ EA Coğrafiya institutunun aspiranturasına qəbul olunmuşdur. 1954-ci ildə həmin isntitutda iqlimşünaslıq ixtisası üzrə «Azərbaycanın kurortları və istirahət yerlərinin iqliminin müqayisəli təhlili» mövzusunda namizədlik, 1971-ci ildə isə«Azərbaycanın iqlim ehtiyatları və onlardan əkinçilikdə istifadə olunması» mövzusunda doktorluq dissertasiyasını (Bakı şəhəri) müdafiə etmişdir.Əsgər Əyyubov istedadlı və işgüzar iqlimşünas alim olmaqla yanaşı həm də, aqroiqlim və kurort iqlimi elmi istiqamətlərinin, bitki və insan biometeorologiyası üzrə elmi məktəbin banisi və inkişaf etdiricisidir.Həmmüəlliflərlə birlikdə «Azərbaycanın iqlimi» monoqrafiyasına görə Respublika Dövlət mükafatına, «Azərbaycan SSR iqliminin bonitirofkası» əsərinə görə SSRİ EA Coğrafiya cəmiyyətinin F.P.Litke adına qızıl medalına, «Azərbaycanın aqroiqlim rayonlaşdırılması» divar xəritəsinə görə SSRİ XTNS-nın bürünc medalına, «Azərbaycan Respublikasının aqroiqlim atlası»na görə Respublika «Təhsil» cəmiyyətinin birinci mükafatına layiq görülmüşdür.

Elmi fəaliyyəti

  • Ə.C.Əyyubov 1955-ci ildə coğrafiya elmləri namizədi kimi Azərbaycan EA Coğrafiya institutunda kiçik elmi işçi, sonralar baş elmi işçi olmuş.
  • 1973-cü ildən 2000-ci ilədək «Təbiəti mühafizə», «Meteorologiya və kənd təsərrüfatı iqlimşünaslığı», «İqlimşünaslıq» şöbələrinin müdiri vəzifələrində işləmişdir.
  • 1970-1990-cı illərdə YUNESKO-nun «İnsan və biosfer» (MAB) proqramı üzrə işçi qrupunun və ABƏŞ-də işçi qrrupunun rəhbəri idi.

Respublika radiosunda 20 il müddətində «Təbiət» jurnalının aparıcısı olmuş, Bakı ali məktəblərində pedaqoji fəaliyyət göstərmiş, bir neçə elmi-texniki və müdafiə şuralarının üzvü, respublika prezidenti yanında Ali Attestasiya komissiyasının eksperti, bir çox monoqrafik əsərlərin redaktoru, EA «Xəbərlər» jurnalının(Yer Elmləri bölməsi üzrə) baş redaktorunun müavini olmuşdur

Elmi əsərləri

200-dən artıq elmi əsər və 7 monoqrafiya çap etdirmişdir. Onlardan

  • «Azərbaycanın iqlimi haqqında oçerklər» (1962),
  • «İstisu kurortu» (Həmmüəlliflə) (1965),
  • «İqlim və hava (1967)»,
  • «Azərbaycan SSR-in aqroiqlim rayonlaşdırılması (1968)»,
  • «Azərbaycan SSR iqliminin bonitirovkası (1975)», «Azərbaycan SSR-in kurort və istirahət yerlərinin iqlimi» (1987),
  • «Azərbaycanın iqlimi» (həmmüəlliflərlə), «Azərbaycan SSR-in iqlim ehtiyatları» (1984) və s. qeyd etmək olar.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Asgar Ayyubov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Asgar Ayyubov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes