peoplepill id: arzukhan-alizade
AA
1 views today
1 views this week
Arzukhan Alizade
Chairman of the Azerbaijan National Independence Party

Arzukhan Alizade

The basics

Quick Facts

Intro
Chairman of the Azerbaijan National Independence Party
Work field
Gender
Male
Place of birth
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
59 years
Education
Faculty of Law of Baku State University
(1986-1992)
The details (from wikipedia)

Biography

Arzuxan Əlizadə (18 mart 1965, Bakı) — Azərbaycan Milli İstiqlal Partiyasının V sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü.

Həyatı

Arzuxan Baxşəli oğlu Əlizadə 18 mart 1965-ci ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhəri 75 saylı orta məktəbi qızıl medalla bitirib.1981–1983 və 1985–1986-cı illərdə Bakı şəhəri, Razin qəsəbə sovetində hərbi inspektor vəzifəsində işləyib. 1983–1985-ci — ci illərdə Moskva yaxınlığında ordu sıralarında hərbi xidmətdə olub. 1986–1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. 1992–1993-cü illərdə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətində hüquqşünas, həmçinin şöbə müdiri vəzifəsini icra edib. 1993–1996-cı illərdə təsisçisi olduğu istehsalat kommersiya müəssisəsinə rəhbərlik etməklə biznes fəaliyyəti ilə məşğul olub.

1996–2000-ci illərdə Müstəqil Vəkillər Kollegiyasının üzvü olaraq vəkillik fəaliyyəti göstərib. 2001–2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinin "Dövlət hüququ" kafedrasının Baş müəllimi olaraq pedoqoji fəaliyyətlə məşğul olub. Eyni zamanda 2001–2005-ci illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olaraq "Fövqəladə vəziyyət şəraitində vətəndaşların Konstitusiya ilə müəyyən olunmuş hüquq və azadlıqları" mövzusunda namizədlik üzərində işləmişdir. İnsan hüquq və azadlıqlarına dair bir sıra elmi məqalə və broşurların müəllifidir.

Ailəsi

Evlidir. Üç övladı, iki nəvəsi var.

Siyasi fəaliyyəti

Azərbaycan Xalq Cəbhəsi

1987-ci ildə Milli Azadlıq Hərəkatına qoşulmuşdur. 1989–1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin üzvü, Azərbaycan Xalq Cəbhəsi Sabunçu rayon şöbəsində dayaq dəstəsinin sədri olmuşdur.

Azərbaycan Milli İstiqlal Partiyası

1995-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmuşdur. 1998-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Aparatında sektor müdiri,1999-cu ildə təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş.

1998-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının, 2001-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü seçilmişdir.

2005-ci ilin martında Azərbaycan Milli İstiqlal Partiyası baş katibi seçilmiş, bir qədər sonra MSK üzvü kimi fəaliyyətə başlaması ilə əlaqədar olaraq tutduğu vəzifədən istefa vermişdir. 2010-cu ildə yenidən Azərbaycan Milli İstiqlal Partiyası baş katibi seçilmiş, 2015-ci ilin oktyabr ayında eyni zamanda Azərbaycan Milli İstiqlal Partiyası sədr əvəzi olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Milli İstiqlal Partiyasının 15 avqust 2020-ci il tarixli XI Qurultayında AMİP sədri seçilmişdir.

Mərkəzi Seçki Komissiyasında

2003-cü ildə Azərbaycan Milli İstiqlal Partiyasının namizədi olaraq Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü seçilmiş, 2005–2006-cı illərdə eyni partiyadan Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.

Seçkilərdə

2004, 2009 və 2014-cü il Bələdiyyə seçkilərində ardıcıl üç dəfə Bakıxanov bələdiyyəsinin üzvü seçilmiş, bələdiyyənin hüquq məsələləri daimi komissiyasının sədri olmuşdur.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Arzukhan Alizade is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Arzukhan Alizade
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes