Arzu Aliyev
Quick Facts
Biography
Arzu Yaqub oğlu Əliyev (1963, Padar, Vartaşen rayonu – 15 dekabr 1990, Cəmilli) — Qarabağ müharibəsində Oğuz rayonunun ilk şəhidi.
Həyatı
Arzu Əliyev 1963-cü ildə Oğuz rayonunun Padar kəndində anadan olmuşdur. Padar kənd orta məktəbini bitirdikdən sonra Mərdəkan polis məktəbində təhsil almışdır. Padar kənd orta məktəbini bitirdikdən sonra Mərdəkandakı polis məktəbinə daxil olmuşdur. Burada təhsilini başa vurmuş, bir müddət Bakı və Sumqayıt şəhərlərinin polis şöbələrində çalışmışdır. Daha sonra Şəki şəhər milis şöbəsində işləməyə başlamışdır.
Hərbi xidməti
Qarabağ müharibəsində iştirakı
1990-cı ilin dekabrında Arzu Əliyev Şəki Daxili İşlər şöbəsindən Əsgəran rayonunun Cəmilli kəndinə göndərilmişdir. Yoldaşları ilə birgə bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Dekabrın 15-də Cəmilli kəndindən Şuşanın Kosalar kəndinə doğru hərəkət edərkən yolun İstisu deyilən ərazisində pusquda duran ermənilər onları qəfil atəşə tutmuş, cəsur el oğlumuzla birlikdə yeddi döyüş yoldaşı da şəhid olmuşdur. Onun döyüş yoldaşlarından biri əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov idi.
Şəhid doğulduğu Padar kəndində dəfn edilmişdir.
İrsi və xatirəsi
Şəhidin adı əbədiləşdirilmişdir. Arzu Əliyevin oxuduğu Padar kənd tam orta məktəbinə və Oğuz şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.