peoplepill id: artegin-salamzada
AS
Ukraine
2 views today
3 views this week
Artegin Salamzada
Ukrainian scientist

Artegin Salamzada

The basics

Quick Facts

Intro
Ukrainian scientist
Places
Work field
Gender
Male
Place of birth
Kyiv, Ukraine
Age
59 years
Employers
Azerbaijan
The details (from wikipedia)

Biography

Salamzadə Ərtegin Əbdül Vahab oğlu — Sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (30.06.2014)., Azərbaycan Dizaynerlər İttifaqının üzvü.

Həyatı

Ərtegin Salamzadə 1987-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Təsviri sənət tarixi və nəzəriyyəsi» bölməsini bitirmişdir. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışır.

1992-ci ildə Bakıda namizədlik, 2002-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. Sənətşünaslıq üzrə elmlər doktoru, professordur.

1996-2010-cu illərdə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmiş, 2010-cu ildən İnstitutun direktorudur. 2010-cu ildən etibarən eyni zamanda İnstitutun «Təsviri və dekorativ-tətbiqi sənətləri» şöbəsinə rəhbərlik edir. 2010-cu ildən «İncəsənət və mədəniyyət problemləri» Beynəlxalq elmi jurnalının baş redaktorudur. 2009-cu ildə Memarlıq və İncəsənət üzrə Respublika Problem Şurasının sədri təyin edilmişdir.

Hal-hazırda Azərbaycan Memarlıq-İnşaat Universitetinin «Dizayn» kafedrasının professorudur. Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür.

Elmi fəaliyyəti

Bakı, İstanbul, Daşkənd, Almatı, London, Budapeşt, Tunis, Moskva, Sankt-Peterburq və Krasnodar şəhərlərində nəşr olunmuş, Azərbaycan sənətşünaslığının tarixi və metodologiyasına, dizayn və heraldikanın vizual dilinin problemlərinə həsr olunmuş 160-ə yaxın elmi əsərin müəllifidir. Onlardan «Azərbaycan sənətşünaslığı. XX əsr» (2001), «Elçin Əlibəyli: rəssam və bədii ənənə» (2001), «Dizayn və informasiya» (2006), «İncəsənət və sənətşünaslıq» (2009) monoqrafiyaları, «Dizayn tarixi» (1995), «Vizual informasiya» (2003) ali məktəblər üçün tədris vəsaitləri, «Məlik Ağamalov. Boyakarlıq» (2000), «Tofiq Rəsulov. Şəbəkə» (2009) və «Akmal Nur. Boyakarlıq» (2011) kataloqları qeyd olunmalıdır.

Türkoloji sənətşünaslıq sahəsində ixtisaslaşır. Moldovada keçirilmiş MDB ölkələri yaradıcılıq və elmi ziyalıların IV Forumunun, Rusiya, İtaliya və Tunisdə keçirilmiş bir sıra elmi konfransların iştirakçısıdır.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Artegin Salamzada is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Artegin Salamzada
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes