Arif Quliyev (professor)
Quick Facts
Biography
Arif Quliyev — Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutu Beynəlxalq Hüquq kafedrasının professoru.
Həyatı
Arif Quliyev 1952-ci il iyul ayının dördündə Bərdə rayonunun Böyük Qacar kəndində anadan olmuşdur. Ali təhsilini Bakı Dövlət Universiteti, Bakı Ali Partiya məktəbi, Ukrayna Prezidenti yanında dövlət idarəçilik Akademiyasında almışdır. Hal-hazırda Ukraynanın Kiyev şəhərində yaşayır. Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutu Beynəlxalq Hüquq kafedrasının professorudur.
Fəaliyyəti
Əsas elmi nailiyyətləri
“Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu: Ukrayna və Azərbaycan Respublikası qanunvericiliklərinin müqayisəli-hüquqi təhlili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və bu sahədə terrorizmlə mübarizənin beynəlxalq-hüquqi tənzimlənməsi mexanizminin kompleks öyrənilməsinə, terrorizmlə mübarizə sahəsində prezident institutunun fəallaşdırılması modelinin milli xüsusiyyətləri və xarakter cəhətlərinin açılmasına dair elmi məqalələr yazaraq tədqiqatlar aparmışdır. Hüquq elmləri doktoru, dövlət idarəçiliyi elmləri namizədi. 2 ixtisaslaşma elmi şurasının və 3 elmi məqalələr jurnalı redaksiya heyətinin üzvüdür.
Ukrayna (özəl) elmlər akademiyasının akademikidir.
Mükafatları
- Ukraynanın Əməkdar Təhsil işçisi;
- Azərbaycan Respublikası “Tərəqqi” medalı; “Ukraynanın müstəqilliyinin 25 illiyi” medalı və s.
Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat
- Xarici əlaqələr hüququ, Beynəlxalq Humanitar Hüququ, Beynəlxalq təşkilatlar hüququ, Diplomatik və konsulluq xidməti, Diplomatik protokol və etiketi və b. fənnlərin tədrisi;
- 5 monoqrafiya, 2 dərslik, 2 tədris vəsaiti, 150 –dən çox elmi və publisistik məqalə müəllifi;
- Ukrayna-Azərbaycan dostluq körpüsü Beynəlxalq nominasiyasının laureatı, Ukrayna və Beynəlxalq jurnalistlər ittifaqının, Azərbaycan Jurnalistlər birliyinin, Ukrayna hüqüqşünaslar Assosiyasının həqiqi üzvüyəm. Ukrayna Mədəniyyət və Turim Nazirliyi tərəfindən “Mədəniyyət və İncəsənət sahəsində nailiyyətlərə görə” Fəxri nişanı və Fəxri Fərmanlarla təltif olunmuşdur. Diplomatik rütbəsi vardır. “Ukrayna Azərbaycanlı alimləri elmi şurası” və “Xalq diplomatiyası institutu” ictimai təşkilatlarına rəhbəlik edir.