Anwar Mammadguluzade
Quick Facts
Biography
Ənvər Məmmədquluzadə (tam adı:Ənvər Cəlil oğlu Məmmədquluzadə; d.1911 — ö.1979) — Cəlil Məmmədquluzadənin oğlu, həkim
Həyatı
Ənvər Məmmədquluzadənin uşaqlıq illəri Tiflisdə və Kəhrizlidə keçmiş, 1920-1921-ci illərdə ailə üzvləri ilə birlikdə Təbrizdə yaşamışdır. Sonra Bakıya qayıtmış, təqribən 1939-cu ildə Azərbaycan Tibb İnstitutunu bitirmişdir.
Fəaliyyəti
Ənvər Məmmədquluzadə Azərbaycan Tibb İnstitutunun əczaçılıq kafedrasında işləmişdir. 1940-1941-ci illərdə o, həm də poçt müdiri vəzifəsində çalışmışdır.
Ailəsi
Ənvər Məmmədquluzadənin ilk evliliyi Məhin Hüseyn qızı Dadipurla olmuş və 1940-cı ildə Mehri adlı qızı dünyaya gəlmişdir (hazırda anası ilə birlikdə Parisdə yaşayır). Ənvər və Məhin xanım Böyük Vətən müharibəsi illərində həkim kimi ordu sıralarına çağırılmış və sovet qoşunlarının tərkibində İrana getmişlər. Bir ildən sonra onların nikahı pozulmuş, Ənvər burada ikinci dəfə polyak qızı, onunla bir xəstəxanada işləyən tibb bacısı Zofya Bahrinovskaya (1922-1979) ilə evlənmişdir. Bu nikahdan övladları - Midhət (d. 1944), Nizhət (d. 1948), Teymur (1949-1994), İren (d. 1951) Cavanşirlər dünyaya gəlmişlər. Fars və alman dillərini öyrənən M. İrandan Vətənə qayıtmamış, Cavanşirin soyadını qəbul edərək Rəştdə, Əhvazda və Tehranda həkim işləmiş, şəxsi klinika sahibi olmuşdur. O, müxtəlif yollarla Bakıya məktublar göndərir, Həmidə xanımın qohumları ilə əlaqə saxlayırdı.
Qeyd: Filologiya elmləri doktoru, professor İsa Həbibbəyli uzun axtarışdan sonra Mirzə Cəlilin nəslinin davamçılarını tapmış, 1992-ci il yanvarın 25-də Tehranda ədibin nəvələri ilə görüşmüşdür.