peoplepill id: anvar-rza
AR
Azerbaijan
1 views today
1 views this week
The basics

Quick Facts

Gender
Male
Place of birth
Aşağı Ayrım, Kalbajar District, Azerbaijan
Place of death
Moscow, Moscow Governorate, Russian Empire, Duchy of Moscow
Age
48 years
Education
Azerbaijan University of Languages
Baku, Baku Uyezd, Azerbaijan
Employers
Azerbaijan University of Languages
Baku, Baku Uyezd, Azerbaijan
The details (from wikipedia)

Biography

Rzayev Ənvər İsmayıl oğlu (Ənvər Rza; 3 mart 1939, Aşağı Ayrım, Kəlbəcər rayonu8 iyun 1987, Moskva) — Azərbaycan şairi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1969), dosent (1983).

Həyatı

Ənvər Rza 1939-cu il martın 3-də Azərbaycanın Kəlbəcər rayonunun Aşağı Ayrım (Binə) kəndində anadan olmuşdur.

Orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil almışdır (1957–1962).

M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili leksikası kafedrasında müəllim (1962–1967), baş müəllim (1967–1972), kafedra müdiri (1972–1979), Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili leksikası kafedrasında dosent (1979–1987) işləmişdir.

1987-ci il iyunun 8-də Moskvada vəfat etmiş, vəsiyyətinə əsasən, öz doğma kəndində dəfn olunmuşdur.

Yaradıcılığı

"Göz işığı" adlı ilk şeri "Ədəbiyyat və incəsənət" qəzetinin 10 fevral 1962-ci il tarixli sayında çıxdıqdan sonra bədii yaradıcılığa başlamışdır. Dövri mətbuatda şerləri və bədii tərcümələri ilə çıxış edir. Bayronun "Şilyon məhbusu", "Mazepa", "Parizina" poemalarını tərcümə etmişdir. "İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Ənvər Rza poetik şair və bacarıqlı tərcüməçi idi. V. Şeksprin, G. Bayronun poemalarını İngilis dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Bunlardan başqa, S. Vurğunun "Vaqif" dramını ingilis dilinə, G. Bayronun "Çayıld Haroldun Səyahəti" poemasını Azərbaycan dilinə tərcümə etmiş, vaxtsız ölüm imkan verməmişdir ki, onları tamamlasın.

Əsərləri

  1. Sənsiz Bakı: Gənclik, 1969, 28 səh.
  2. Könlümə bahar düşüb. Bakı: Gənclik, 1970, 72 səh.
  3. Nə yaxşı görüşdük. Bakı: Yazıçı, 1985, 96 səh.
  4. Bəxtəvər dustaq (şeirlər və poemalar). Bakı: Azərnəşr, 1994, 172 s. Kəlbəcərə gedən yollar. Bakı:Azərnəşr,2010,410 səh.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Anvar Rza is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Anvar Rza
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes