Anvar Aliyev
Quick Facts
Biography
Ənvər Abbas oğlu Əliyev (25 yanvar 1951, Pirhəsənli, Ağsu rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü.
Həyatı
Ənvər Abbas oğlu Əliyev 25 yanvar 1951-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində doğulmuşdur. Azərbaycan Pedaqoji İnstitutunda təhsil almışdır.
Ənvər Əliyev aqrar elmlər üzrə fəlsəfə doktoru və dosentdir. O, hal-hazırda AMEA Coğrafiya İnstitutunda şöbə müdiri vəzifəsi daşımaqdadır.
Siyasi fəaliyyəti
Ənvər Əliyev Meydan Hərəkatının fəallarından və təşkilatçılarından biri olmuşdur.
Ənvər Əliyev 26 sentyabr 1992-ci il tarixində yaradılan Vətəndaş Həmrəyliyi Partiyasının təsisçilərindən və partiya Ali Məclisinin ilk üzvlərindən biri olmuşdur. Ənvər Əliyev 2002-ci ildən üzvü kimi fəaliyyət göstərdiyi üçün partiya sıralarından istefa vermişdir.
Mərkəzi Seçki Komissiyasında
Ənvər Əliyev 28 iyun 2002-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə seçilmişdir.
Ənvər Əliyev 13 iyun 2003-cü il tarixində növbəti dəfə Vətəndaş Həmrəyliyi Partiyasının təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə seçilmişdir.
Ənvər Əliyev 2005-ci il parlament seçkilərinin Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış yekun nəticə protokoluna imza atmamışdır və komissiyanın 15 üzvündən sadəcə 13-nün imzasıyla (Azərbaycan Xalq Cəbhəsi Partiyasının təmsilçisi Mənsum Bayramov da imzalamamışdır) bu protokol Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim olunmuşdur.
Ənvər Əliyev 7 fevral 2006-cı ilədək Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur. Yeni tərkibdə Mərkəzi Seçki Komissiyası təşkil olunarkən Vətəndaş Həmrəyliyi Partiyası namizəd göstərməmişdir.