peoplepill id: anar-umudov-1
AU
Azerbaijan
1 views today
4 views this week
The basics

Quick Facts

Place of birth
Liski, Russia
Age
41 years
Education
Baku State University
The details (from wikipedia)

Biography

Anar Umudov (tam adı: Anar Azər oğlu Umudov; 9 iyun 1983(1983-06-09), Liski, Voronej vilayəti) — Azərbaycanlı hüquqşünas, siyasətçi; «Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri» MMC-nin təsisçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü; 2018-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə, 2015 və 2020 Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizəd.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən aparılan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən «Doing Business» adlı hesabatların Azərbaycana aid hissəsinin hazırlanmasında fəal iştirak etdiyinə görə Dünya Bankı tərəfindən dəfələrlə təşəkkürə layiq görülüb, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qaradəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumlarının Azərbaycanda həyata keçirdikləri irihəcimli kreditləşmə layihələrinin hüquqi müşayiətində iştirak edib.

Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfrans və seminarlarda işitirak edib. Hüquq sahəsində bir sıra təlim və seminarlarda mühazirəçi qismində çıxış edib.

15 ildən artıq hüquqşünas ixtisası üzrə, o cümlədən 10 ilə yaxın rəhbər vəzifələrdə iş stajına malik olan Anar Umudov Azərbaycanın bir sıra tanınmış müəssisələrində işləyib.

İngilis və rus dillərini yüksək səviyyədə bilir.

Həyatı

Anar Umudov 1983-cü il iyun ayının 9-da Rusiya Sovet Federativ Sosialist Respublikasının Voronej vilayətinin Liski şəhərində anadan olub.

1999-cu ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən hazırda “Tərəqqi liseyi” adlanan 66 №-li orta məktəbi bitirib.

2003-2004-cü illərdə hərbi xidmətdə olub.

Ailəlidir, 4 övladı var.

Təhsili, elmi və pedaqoji fəaliyyəti

2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə eyni fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin doktoranturasına qəbul olunub, 2019-cu ildə doktorantura təhsilini müvəffəqiyyətlə başa vurub.

Hazırda «Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə qəbulunun beynəlxalq-hüquqi aspektləri» mövzusunda dissertasiya işi üzərində işləyir.

2016-2018-ci illər ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Qulluğu və Kadr Siyasəti kafedrasında müəllim işləyib.

2017-ci ildə Akademik IELTS imtahanından 6.5 bal toplayıb.

"Ümumdünya Ticarət Təşkilatı hüququ – Beynəlxalq ticarətin yeni tənzimləmə aləti kimi" və "Azərbaycan və ÜTT: Üzvolma prosesi və daxili hüquq normalarının ÜTT qaydalarına uyğunlaşdırılması məsələlərinin bəzi aspektləri" elmi məqalələrinin müəllifidir.

İngilis və rus dillərini yüksək səviyyədə bilir.

Peşə fəaliyyəti

Azərbaycan Müəllimlər İnstitutunda baş hüquqşünas, «Xəzər – Gələcək Naminə Tərəfdaşlıq» İctimai Birliyində icraçı direktor, «ANS Şirkətlər Qrupu»nda hüquq məsləhətçisi, «Embawood» MMC-də hüquq departamentinin direktoru vəzifələrində çalışıb.

2009-cu ildə ən gənc vəkillərdən biri kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olub, 2012-ci ilin iyun ayınadək Vəkillər Kollegiyasının 1 saylı hüquq məsləhətxanasının vəkili olub. Həmin tarixdən bugünədək fərdi vəkil kimi fəaliyyət göstərir.

2010-cu ildən etibarən «Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri» MMC-nin direktorudur.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən aparılan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən Doing Business 2014: Understanding Regulations for Small and Medium-Size Enterprises, Doing Business 2015: Going Beyond Efficiency, Doing Business 2016: Measuring Regulatory Quality and Efficiency, Doing Business 2017: Equal Opportunity for All, Doing Business 2018: Reforming to Create Jobs, Doing Business 2019: Training for Reform adlı hesabatların Azərbaycana aid hissəsinin hazırlanmasında fəal iştirak etdiyinə görə Dünya Bankı tərəfindən 2014-2019-cu illərdə təşəkkürə layiq görülüb.

İctimai-siyasi fəaliyyəti

2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa müstəqil namizəd olub və 2412 səs toplayaraq 3-cü yer olub.

2018-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd olub. Seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2018-ci il fevralın 9-da Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən edib. 14 fevral 2018-ci ildə ARMSK namizədliyin irəli sürülməsini təsdiq edib.

İmzatoplama kampaniyası ərəfəsində Modern.az saytı Namizədliyini irəli sürənlərin imzatoplama kampaniyası nə yerdədir? sualına A. Umudov “İmzatoplama kampaniyası hələ də davam edir. Yəqin ki, prosesin yekunlaşması təqribən martın əvvəllərinətəsadüf edə bilər. Sonuncu dəfə bir-iki gün bundan qabaq nə qədər imzanın toplanması ilə bağlı məlumat var idi. Amma proses normal irəliləyir,imzaların sayı iləəlaqəli yaxın günlərdə dəqiq məlumatımız olacaq”.,- deyə cavab verib.

Prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi üçün ayrılmış vaxt martın 12-də saat 18.00-da başa çatıb. A. Umudov doldurulmuş imza vərəqələri və digər zəruri seçki sənədlərini MSK-ya təqdim etməyib, bununla da, onun seçki prosesində namizəd kimi iştirak etməyəcəyi dəqiqləşib.

Umudov bu barədə Modern.az-a açıqlamasında deyib ki, sənədlərin təhvili mümkün olmayacaq: "Bu gün biz topladığımız imzaları hesabladıq. Lakin tələb olunan imzaların sayını toplaya bilməmişik. Hardasa imzaların yarısının toplanmasına nail olmuşuq. Bu baxımdan gün sonuna kimi sənədlərimizi MSK-ya təqdim edə bilməyəcəyik. Biz 60 dairəni əhatə etməliydik, amma təqribən 45-ə yaxın dairələri əhatə edə bildik. Təəssüf ki, tələb olunan imzaları toplaya bilmədik".

2020 Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə yenə 19 saylı Nərimanov birinci seçki dairəsindən yenidən deputatlığa namizəddir.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Anar Umudov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Anar Umudov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes