peoplepill id: amina-salamova
AS
1 views today
1 views this week
The basics

Quick Facts

Work field
Place of birth
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
47 years
Education
Baku State University
Baku, Baku Uyezd, Azerbaijan
The details (from wikipedia)

Biography

Əminə Salamova (Əminə Nəcəf qızı Salamova; d. 14 iyul 1977. Bakı, Azərbaycan SSR, SSRİ) — Ekologiya üzrə fəlsəfə doktoru (2011), İndiana Universitetinin elmi işçisi (2013), ekologiya üzrə ABŞ-də elmi dərəcə alan ilk azərbaycanlı qadın.

Həyatı

Əminə Salamova 14 iyul 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 83 saylı tam orta məktəbdə almışdır. 1998-ci idə Bakı Dövlət Universitetinin Kimya fakültəsində bakalavr dərəcəsi, 2000-ci ildə isə həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnmiş və hər iki təhsilini qırmızı diplomla bitirmişdir. 2000-ci ildən BDU-nun Üzvi kimya kafedrasında böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb.

2002-ci ildə ABŞ-nin İndiana Universitetinə yenidən magistr proqramına qəbul olunub və 2004-cü ildə ekologiya ixtisası üzrə İctimai və Ətraf Mühit Məsələləri Fakültəsində (ing. School of Public and Environmental Affairs) magistr dərəcəsi alıb. 2013-cü ildən həmin fakültənin elmi işçisidir.

Hazırda Əminə Salamova İndiana Universitetinin Ekoloji Kimya laboratoriyasında ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktorudur. Bu proqram ABŞ və Kanadanın Ətraf Mühitin Mühafizəsi Nazirlikləri tərəfindən maliyyələşir. Üzərində çalışdığı layihəyə əsasən, rəhbərlik etdiyi qurum orqanizmdəki zərərli birləşmələri insanın dırnağından, tükündən nümunələr götürməklə araşdırır. Bu nümunələr vasitəsi ilə çox asan şəkildə insan orqanizminin geniş miqyasda biomonitorinqini aparmaq mümkündür.

Ailəlidir, iki qızı var. Heykəltəraş Nəcəf Salamovun qızıdır.

Elmi fəaliyyəti

ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosuna məxsus Edmund S. Maski Məzunların Təqaüd Proqramı Əminə Salamovanı Ətraf mühitin zərərli maddələrlə çirklənməsi üzrə doktoranturaya dəvət etmişdir. O, magistr təhsilini başa vuran kimi Departamentin maliyyə dəstəyi ilə İndiana Universitetinin doktoranturasına qəbul olunur. 2011-ci ildə isə elmi işini uğurla müdafiə edərək ekologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnir. O, bu sahə üzrə ABŞ-də elmi dərəcə alan ilk azərbaycanlı qadındır.

Əminə Salamova Amerika Kimya Cəmiyyəti, Ətraf Mühitin Toksikologiyası və Kimyası Cəmiyyəti, eləcə də Böyük Göllərin Tədqiqatı üzrə Beynəlxalq Assosiasiyanın üzvüdür.

İstinadlar

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Menu Amina Salamova

Basics

Biography

Lists

Also Viewed

Lists
Amina Salamova is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Amina Salamova
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes