Alpaslan Ceylan
Quick Facts
Biography
Alpaslan Ceylan (1959, Ərzurum ili) — Türkiyə tarixçisi, professoru, "Manas" Qırğızıstan-Türkiyə Universitetinin rektoru.
Həyat və fəaliyyəti
Alpaslan Ceylan 1959-cu ildə Türkiyənin Ərzurum vilayətində anadan olmuşdur. O, 1985-ci ildə Atatürk Universitetinin Tarix fakültəsini bitirmişdir. Ceylan həm magistratura, həm də doktorantura təhsilini həmin universitetin Qədim dövrlər tarixi şöbəsində bitirmişdir. O, bundan sonra Atatürk Universiteti Ədəbiyyat fakültəsində müəllim olmuş, 2009-cu ildə ona həmin fakültənin professoru adı verilmişdir. Ceylan qədim tarixə dair onlarla kitab və məqalə yazan bir professor kimi bir çox mühüm arxeoloji tədqiqatlara da imza atmışdır. O, ən son olaraq Atatürk Universitetinin Ədəbiyyat fakültəsinin Tarix şöbəsində Qədim dövrlər tarixi kafedrasının müdiri vəzifəsini icra etmişdir.
Alpaslan Ceylan qədim tarix, türk mədəniyyəti, tarixi coğrafiya və strategiya üzrə ekspertdir. O, son 25 ildə Şərqi Anadolu, Şimal-Şərqi Anadolu, Qafqaz və Mərkəzi Asiyanın qədim tarixi ilə bağlı beynəlxalq elmi araşdırmalar, arxeoloji qazıntılar və layihələr həyata keçirmişdir. O, 2012–2016-cı illərdə Türkiyə Ənənəvi İdman Növləri Federasiyasının prezidenti vəzifəsində çalışmışdır. Bu çərçivədə o, 7–14 sentyabr 2014-cü ildə Qırğızıstanda keçirilən I Dünya Köçəri Oyunlarının və 2–9 sentyabr 2016-cı il tarixlərində Qırğızıstanda keçirilən II Dünya Köçəri Oyunlarının Təşkilat Komitəsinin üzvü və Türkiyə nümayəndə heyətinin rəhbəri vəzifələrində çalışmışdır. Ceylan 2016-cı ildən Türkiyə Ənənəvi İdman Növləri Federasiyasının fəxri sədri vəzifəsində çalışır.
Alpaslan Ceylan 2020-ci ildən "Manas" Qırğızıstan-Türkiyə Universitetinin rektoru vəzifəsində çalışır.
Əsərləri
- Eskiçağ'da Kars Kaleleri
- Eskiçağ'da Iğdır Kaleleri
- Eskiçağ'da Erzincan Kaleleri
- Doğu'nun Sönmeyen Yıldızı Akçakale ve Çıldır Araştırmaları
- Erzurum'un Eskiçağ Kaleleri
Müfakatları
- İlin rektoru
- "Mitta Vasiliy adına Şərəf" medalı