Allahyar Musayev
Quick Facts
Biography
Allahyar Musayev — Azərbaycan SSR Maarif nazirinin müavini (1955-1960), Mardakert (Ağdərə) rayonunun 1-ci katibi.
Həyatı
1917-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1937-ci ildə Quba Müəllimlər İnstitutununu bitirib. Sadınlar kəndində 7-illik orta məktəbində direktor işləyib. Bu zaman Azərbaycanda represiyyanının qızğın çağları idi. Bu gərginlikdən çıxmaq üçün Allahyar Musayev Qarabağa gəlir və bir müddət orada yaşayır. 1940-cı ildə Laçında Komsomol komitəsinin katibi olur. 19941-ci ildə müharibəyə gedir. 1943-cü ilin yanvarına qədər mayor rütbəsində İrana göndərilən Sovet ordusu birləşməsinin siyasi rəhbəri kimi xidmət edir. 1943-cü ildə ordudan geri çağrılır. Sonra Ağdam İcraiyyə komitəsinin sədri təyin edilir. Həmin vaxt işləyə-işləyə Ali Partiya məktəbini və Azərbaycan Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirir və Mircəfər Bağırovun təsdiqi ilə Ağdərə (Mardakert) rayonuna 2-ci katib vəzifəsinə göndərilir.
Allahyar Musayev tezliklə Ağdərə rayonunun 1-ci katibi təyin olunur. 1945-ci ildə Tərtər RPK-nın 2-ci katibi, sonra isə Laçın rayon pedoqoji texnikomunun deirektoru, 1953-cü ildə Maarif nazirliyində şöbə müdiri, 1955-1960-cı illərdə isə Maarif nazirinin müavini vəzifəsində çalışıb.
Sonra “otuzminçilər” kimi Ağdam rayonu Paprəvənd kəndinə kolxoz sədri vəzifəsinə göndərilib. Mirbəşirdə (Tərtər) 2 nömrəli orta məktəbin deirektoru, Ağdam rayonu Boyaəhmədli kənd orta məktəbinin direktoru, 1969-cu ildə RPK-nın katibi, RPK-də maarif kabinəsinin müdiri, sonra Hərbi radio cihaz quraşdırma zavodunda partiya komitəsinin katibi vəzifələrində işləyib. 1997-ci ildən rəhmətə gedənə qədər fərdi təqaüdçü olub. 5 qızı, 2 oğlu var.
Mənbə
- "Mollaəhmədli və Mollaəhmədlilər", kitab, “Adiloğlu nəşriyyatı" , Bakı şəhəri 2007. Səhifə 87