Alipanah Abbasov
Quick Facts
Biography
Əlipənah Abbasov — (tam adı: Əlipənah Bəhmən oğlu Abbasov; d.20 mart 1954; Cəlilabad, Üçtəpə — ö.21 fevral 1997, Bakı) – Azərbaycan geoloqpaleontoloqu, geologiya-mineralogiya elmlər doktoru (1993).
Həyatı
Əlipənah Abbasov 1954-cü ildə mart ayının 20-də Azərbaycanın Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1997-ci il fevral ayının 21-də Bakı şəhərində vəfat etmişdir.
Tədqiqatları
Tədqiqatları, əsasən, Azərbaycanın Təbaşir yaşlı çöküntülərinin radiolariya faunasının və radiolariyaların filogenetik inkişaf mərhələlərinin öyrənilməsinə həsr olunmuşdur. Azərbaycanda radiolariyalara görə Təbaşir çöküntülərinin ayrı-ayrı rayonnlar üzrə strati qrafik bölgüsünü işləyib hazırlamış, silisiumlu vulkanogen süxurların yaşını dəqiqləşdirmiş və Kiçik Qafqazda silisium oksidinin toplanma sxemini tərtib etmişdir. 40-dan çox elmi əsərin müəllifidir.
Həmçinin bax
- Elmira Vəliyeva
- Nizami Cəfərov (geoloq)
- Şamil Əzizbəyov
Mənbə
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 18. ISBN 978-9952-441-02-4.