Ali Khan al-Maraghi
Quick Facts
Biography
Hacı Əli xan Hüseyn xan oğlu Müqəddəm (1807-1867)—Qacarlar dövlətinin ictimai-siyasi xadimi.
Həyatı
Əli xan Hüseyn xan oğlu 1807-ci ildə Marağa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.Hacı Əli xan Məhəmməd şah Qovanlı-Qacar və Nasirəddin şahın hakimiyyəti illərində sarayda çalşmışdı. 1845-ci ildə nazir (maliyyə məmuru) vəzifəsini daşımışdı. Məhəmməd şahın qadınlarından biri ondan şikayət etmiş, şah onun varidatını müsadirə edib, çubuqlatdırmışdı. O, canının qorxusundan Qum şəhərinə qaçmış, Həzrəti Məsumənin türbəsində bəstə oturmuşdu. Haci Mirzə Ağası Bayat Qumun valisinə əmr etmişdi ki, onu zəncirə vurub Tehrana göndərsinlər. Əli xan Təbrizə Nasirəddin mirzənin yanına gəlir və Mələk Cahan xanım Məhdi Ülya tərəfindən dəstəklənmişdi. Xanımın Həcc səfərində iştirak etmişdi.
Hacı Əli xan 1849-1858-ci illərdə Fərraşbaşı vəzifəsində çalışmışdı. 1859-1862-ci illərdəXuzistanın valisi olmuşdu. 1863-1865-ci illərdə Ədliyyə naziri vəzifəsində çalışmışdı. 1865-1868-ci illərdə Sosial Təminat (Ovqaf) naziri vəzifəsini daşımışdı.
Hacı Əli xan Hacibəddövlə ləqəbini daşıyırdı.
Hacı Əli xan 1867-ci ildə vəfat edib,Qum şəhərində Həzrəti Məsumə gorgahında dəfn edilib.
Aıləsi
Hacı Əli xan Xurşid xanım Qacarla ailə qurmuşdu. Əbdüləli xan, Əbdülhüseyn xan, Məhəmmədhəsən xan adlı oğlanları vardı.
Mənbə
- Ənvər Çingizoğlu, Müqəddəm eli, "Soy" dərgisi, 5 (25), 2008.
- Ənvər Çingizoğlu, Marağa xanlığı, Bakı, "Şuşa", 2011,-səh.218.