peoplepill id: aleksandr-marxevka
AM
1 views today
1 views this week
Aleksandr Marxevka
20 yanvar şəhidi

Aleksandr Marxevka

The basics

Quick Facts

Intro
20 yanvar şəhidi
was
Gender
Male
Place of birth
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Place of death
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
32 years
The details (from wikipedia)

Biography

Aleksandr Marxevka (tam adı: Aleksandr Vitalyeviç Marxevka; 11 yanvar 1958, Bakı, Azərbaycan SSR, SSRİ20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.

Həyatı

1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Milliyyətcə yəhudidir. 1974-cü ildə 1 nömrəli məktəbi, 1980-ci ildə isə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. Buzovna təcili yardım məntəqəsində həkim (kardioloq və reanimatoloq) işləyirdi. Ailəli olmuş, Stanislav adlı bir oğlu yadigar qalmışdır.

Qanlı Yanvar faciəsi

Sürücü Babayev Almasın dediklərindən:

"

10-cu təcili tibbi yardım məntəqəsinə çoxlu maşınlar istəyən çağırış edilir.

Önümdə sürücü Qabil Rəhimov, tibb bacısı və həkim olan təcili tibbi maşını gedirdi; məndə isə yalnız həkim idi. Biz Şüvəlanı keçdikdən sonra Türkan şosesinə yaxınlıqda sola dönməli idik. Birdən maşınımıza atəş açmağa başladılar. Əvvəlcə mən başa düşmədim və tormozladım. Gördüm ki, yanacaqdoldurma məntəqəsinin yanında tank var və oradan atəş atıçlar. Atəş tankın qülləsindəki pulemyotdan işıqsaçan güllələrlə aparılırdı. Qırmızı iz qoyaraq, Qabilin birinci gedən maşınına atəş açırdı. Sonra isə, mən yenidən hərəkət etməyə başlayanda, mənə də güllə atmağa başladılar, həkim həlak oldu, güllə sağdakı yan şüşədən daxil oldu. Güllə bədənin yuxarı hissəsinə daxil oldu, həkim o an büküldü, "oy-oy" dedi və bir daha danışmadı. Mən geri dönüb xəstəxanaya tərəf qayıtdım. Arxamca atəş açırdılar. Məntəqəyə gedən yolda maşın su ilə dolu çuxura düşdü, motor söndü, bir az sonra "Moskviç" yaxınlaşdı, həlak olmuş həkimi daşımağa kömək etdi, bizi xəstəxanaya çatdırdı. Həkimin adı Aleksandr Marxevka idi.

"

Şəhidlər xiyabanında dəfn edilmişdir.

Ünvan

Bakı, 14-cü Aşırım küçəsi 11/15, mənzil 61.

Xatirəsi

Binə qəsəbəsində adına küçə var.

Qeydlər

  1. ^Qulu Kəngərlinin kitabında çağırışın yanvarın 19-u saat 23:05-də Türkan şosesisə edildiyi qeyd edilmişdir.
  2. ^Qulu Kəngərlinin kitabında həkimin Faiq Məmmədov olduğu qeyd edilmişdir.
  3. ^Qulu Kəngərlinin kitabında güllənin döş qəfəsinə daxil olduğu qeyd edilmişdir.
  4. ^Qulu Kəngərlinin kitabında həkimin qışqıraraq "of, of" deməsi qeyd edilmişdir.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Aleksandr Marxevka is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Aleksandr Marxevka
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes