Albert Tağıyev
Quick Facts
Biography
Albert Həmid oğlu Tağıyev (08.03.1940 Aşağı Quşcu, Tovuz rayonu) — Azərbaycan iqtisadçısı, iqtisadiyyat üzrə fəlsəfə doktoru. Sumqayıt Dövlət Universitetinin İdarəetme Kafedrasının dosenti, Azərbaycan İqtisadçılar İttifaqı Sumqayıt Filialının həmsədri. 2006-cı ildə A.H.Tağıyev Türk Dünyası Araştırmalar Uluslararası Elmlər Akademiyası Elmi Şurasının qərarıyla Türk iqtisad elminin və mədəniyyətinin inkişafındakı xidmətlərinə göre bu akademiyanın fəxri professoru adına layiq görüldü.
Həyatı
1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini ‘Hesablayıcı-proqramçı’ ixtisası üzrə bitirib. 1974-cü ildən İqtisad Elmləri Namizədidir. Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda, Azərbaycan Dövlət Universitetinin Hesablama Mərkəzində riyaziyyatçı-proqramçı kimi çalışıb. 1970-1976-cı illərdə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində ETİİ-də kiçik elmi işçi, baş elmi işçi, müxtəlif sektorların müdiri vəzifələrində çalışıb. 1967-ci ildən Sumqayıt Dövlət Universitetində (keçmiş Azərbaycan Sənaye İnstitutu) baş müəllim, dosent, iqtisad yönümlü müxtəlif kafedraların müdiri, İqtisadiyyat və İdarəetme fakültəsinin ilk dekanı vəzifələrində işləyib.
140-dan çox elmi-metodiki əsərin, o cümlədən 30 kitabın müəllifidir.
Kitabları
- A.H.Tağıyev. Bazar iqtisadiyyatının əsasları. Bakı. 2000
- A.H.Tağıyev. Müəssisələrin idarə edilməsi. Qabaqcıl dünya təcrübəsindən. Bakı: Gənclik nəşriyyatı. 2003 Sənədi saxlayan: Presidential Library
- A.H.Tağıyev. İstehsaldaxili ehtiyatlar, onların aşkar edilməsi və səfərbərliyə alınması üsulları. Bakı. Elm nəşriyyatı, 2003. Sənədi saxlayan: Presidential Library
- A.H.Tağıyev və İ.B.Əmirov. İnnovasiya menecmenti. Bakı: Təknur nəşriyyatı, 2010 Sənədi saxlayan: Presidential Library
- A.H.Tağıyev. İnnovasiya layihələrinin menecmenti. Bakı, 2013
- A.H.Tağıyev. İnnovasiya siyasəti. Bakı, 2013
Ədəbiyyat
- Böyük İqtisadi Ensiklopediya. 2013.
Mükafatları
- 2010-cu ildə Təhsil Nazirliyinin təsis etdiyi “Təhsildə fərqlənməyə görə” medalına layiq görülüb.
- Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakultəsində 1998-ci ildə aparılan “Ən yaxşı müəllim ” müsabiqəsinin qalibidir.