Akif Quliyev (II)
Quick Facts
Biography
Akif Quliyev (20 mart 1942(1942-03-20)) — Biologiya elmləri doktoru, əməkdar elm xadimi, biologiya fakültəsinin dekanı, İlin müəllimi (2006), İlin dekanı (2010), professor (1972), dosent (1973), Karlova Universitetinin qızıl medalı (2012), Türkiyənin Beynəlxalq Elmlər Akademiyasının akademiki (2013), «Şərəf və Vicdan» Avropa Ordeni laureatı (2010).
Həyatı
20 mart 1942-ci il Gəncə şəhərində anadan olub. 1949-1959-cu illərdə Gəncə şəhər 4 nömrəli orta məktəbində təhsil almışdır. 1959-cu ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub,1964-cü ildə həmin universiteti müvəffəqiyyətlə bitirərək aspiranturaya daxil olmuşdur. A.Quliyev öz namizədlik dissertasiyasını Çexiyanın Praqa Universitetində yerinə yetirmişdir. 1964-1972-ci illərdə BDU-nun Bitki fiziologiyası kafedrasında assistent (1968), baş müəllim (1969), dosent (1972) vəzifələrində çalışmışdır. 1968-1973-cü illərdə BDU-nun Biologiya fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 1972-ci ildən Biokimya və biotexnologiya kafedrasına rəhbərlik etməyə başlayır. 1988-ci ildə Biologiya fakültəsinin dekan vəzifəsinə seçilmişdir. 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.1990-cı ildən BDU-nun professorudur.1990-cı ildə BDU-nun 1-ci prorektoru vəzifəsinə təyin olunmuş, 1992-cı ilin mart ayından 1992-ci ilin oktyabr ayınadək rektor vəzifəsini icra etmişdir. 2010-cu ildən hal-hazıradək biologiya fakültəsinin dekanı vəzifəsində çalışır. Ailəlidir. 4 övladı vardır.
Elmi adları və Mükafatları
1964-cu ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. 1968-ci ildə “Qiş sortlu almaların yığım müddətindən və saxlanılma temperaturundan asılı olaraq fizioloji və biokimyəvi xarakteristikası” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1972-ci ildə dosent elmi adı almışdır.1989-cu ildə “Meyvələrin yetişməsinin etilen produsentləri vasitəsilə stimullaşdırmasının fizioloji və biokimyəvi aspektləri” mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1990-cı ildə professor elmi adı almışdır 2006-cı ildə BDU-da “İlin müəllimi” adına layiq görülmüşdür. 2011-ci ildə BDU-da “İlin dekanı” adına layiq görülmüşdür.2011-ci ildə Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin «Şərəf və Vicdan» Avropa Ordeninə layiq görülüb. 2012-ci ildə Türk xalqının Araşdırmalar üzrə Beynəlxalq Elmlər Akademiyasının akademiki adına layiq görülüb. 2012-ci ildə Elmin və pedaqoji əməkdaşlığın inkişafına görə Praqanın Karlova Universitetinin qızıl medalı ilə təltif olunub
Əmək fəaliyyəti
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biokimya və Biotexnologiya kafedrası. 1964-cü ildən hal-hazıradək BDU-nun Biokimya və Biotexnologiya kafedrasında çalışır. Tədris etdiyi fənnlər: Biokimya, Statik Biokimya, Enzimologiya.150-dən çox məqalə, 3 şəhadətnamə, 5 dərslik və 1 monoqrafiya müəllifidir.15 namizədlik və 2 doktorluq dissertasiyasına rəhbərlik edib.
Tədqiqat sahəsi
Meyvələrin yetişməsi və saxlanılmasının biokimyası və fiziologiyası
Konfraslarda iştirak
2007, Çexiyanın Praga şəhərində «Recent Advances in Food Analysis» beynəxalq simpoziumu 2007-ci ildə TEMPUS proqramı ilə əlaqədar ətraf mühitin ekologiyası sahəsində magistrlərin hazırlanması planına uyğun olaraq dərs demiş müəllimlərin təkmilləşdirilməsi və təcrübə mübadiləsi məqsədi ilə Fransaya ezam olunmuşdur. 2009-cu ildə elmi əməkdaşlıq çərçivəsində Çex Respublikasının Praqa şəhərininKimya Texnologiyaları Universitetinə ezam olunmuşdur.
Kitabları
- «Практикум по биохимии и молекулярной биологии», Баку, 1993 (учебное пособие)
- «Физиологические и биохимические аспекты стимулирования созревания плодов с помощью продуцентов этилена», Баку, 1999 (монография).
- «Bioloji kimya» (statika), Bakı, 2004 (dərslik)
- «Biokimya və immunologiyadan praktikum», Bakı, 2005 (dərs vəsaiti).
- «Enzimologiyanın əsasları», Bakı, 2010 (dərslik)
- ↑ Вiologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Quliyev Akif Ələkbər oğlu