Akif Qahramanli
Quick Facts
Biography
Akif Qəhrəmanlı — yazıçı-jurnalist, tərcüməçi.
Həyatı
Akif Qəhrəmanlı 1942-ci ilin fevral ayında Oğuz rayonunda anadan olmuşdur. 1959-cu ildə orta məktəbi bitirir. Ali təhsil almaq üçün Bakıya gəlir. İlk cəhddən ali məktəbə daxil ola bilməyən A. Qəhrəmanlı bir müddət zavod və fabriklərdə, Metropolitendə fəhləlik edir. 1964-cü ildə hərbi xidmətdən qayıdıqdan sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin axşam şöbəsində təhsil alır. Təhsil aldığı müddətdə tərcüməçilik etməyə başlayır.
Əmək fəaliyyəti
1968-ci ildən 1984-cü ilədək Azərbaycan Dövlət İnformasiya Agentliyində tərcüməçi-redaktor, 1984-cü ildən 1986-cı ilədək Azərbaycan Dövlət Nəşriyyatında elmi redaktor, daha sonra şöbə müdiri, 1986–1990-cı illərdə "Kommunist" qəzetində Beynəlxalq həyat və təcrümə şöbəsinin müdiri vəzifələrindən çalışmışdır. 1991-ci ildən 2005-ci ilə qədər Prezident Aparatında sektor müdiri vəzifəsində işlədi.
Kitab
2019-cu il aprelin 26-da Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi Beynəlxalq Mətbuat Mərkəzində Akif Qəhrəmanlının xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir. Mərasim iştirakçılarına "Mən sabah da varam" adlı kitab da təqdim edilmişdir.
Tərcümə kitabları
- S.Kərimovun "Niyazi"
- Q.Kərimovun "Şəriət və onun sosial mahiyyəti"
- G.Şvetsin "Mən marafon qaçıram"
- L.Medvedkonun və A.Germanoviçin "Allahın adı ilə"
- Branko Çopiçin "Özümüz zillətdə,xəyalımız cənnətdə"
- B.Oleynikin "Zülmət sultanı"
- SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "İslam"
- "Müsəlman bayramları"
Mükafatları
1981-ci ildə aldığı Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür.