Ahmad Salmanov
Quick Facts
Biography
Əhməd Mais oğlu Salmanov (3 iyun 1961) — neftçi-geoloq, geologiya-minerologiya elmləri doktoru (2009), professor, "SOCAR-ın Neftqazelmitədqiqatlayihə institutunun" geologiya və yataqların işlənməsi üzrə direktor müavini (2007) "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin Prezidenti (2012–2013), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti (2013), Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Tərəqqi medalı" na layiq görülmüşdür (2011).
Həyatı
Əhməd Salmanov 3 iyun 1961-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə, 42 saylı orta məktəbini fərqlənmə ilə bitirmiş, 1979-cu ildə Azərbaycan Neft-Kimya İnstitutuna (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qəbul olunmuş və 1984-cü ildə universitetin "Geoloji-kəşfiyyat" fakultəsinin fərqlənmə diplomu ilə bitirmişdir, 1984-cü ildə Azərbaycan EA-nın Dərin Neft Yataqlarının Problemləri İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1991-ci ildə "Yataqların işlənməsinin son mərhələsində neft hasilatının dinamikasının geoloji-riyazi modelləşdirilməsi və layların neftverməsinin artırılması üsulların tədbiqinin effektivliyinin qiymətləndirilməsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 1992-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Neft Akademiyasına (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qəbul olunmuş və 1992-ci ilə kimi Neft-qaz mədən geologiyası kafedrasında dosent vəzifəsində çalışmışdır. 2007-ci ilin may ayından 2009-cu ilin iyul ayınadək Azərbaycan Dövlət Neft Şirkətinin ETİ-nin direktorun elm üzrə müavini vəzifəsində çalışmışdır. 2009-cu ildə "Neft yataqlarının səmərəli mənimsənilməsinin yollarının geolji-riyazi modellə əsaslandırılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və geologiya-minerologiya elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. 2009-cu ildən SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun geologiya və yataqların işlənməsi üzrə direktor müavinidir. 2012–2013-cü illərdə "Amerika Neftçi Geoloqları Assosasiyası"nın bölməsi olan "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin Prezidenti vəzifəsində çalışmış, 2013-cü ildən "Prezident Aparatı yanında Ali Attestasiya Komissiyasının" eksperti , 2014-cü ildən "AzNEFT"İB-də "Axtarış-kəşfiyyat, Neft və qaz Ehtiyatları, Neft və qaz yataqlarının işlənməsi üzrə Daimi fəaliyyət göstərən Komissiya"nın üzvü, 2006-cı ildən "Neft-qaz yataqlarının geologiyası, geofizikası, axtarışı və kəşfiyyatı"elmi- texniki şura bölməsinin sədridir.2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Tərəqqi medalı" na layiq görülmüşdür.
Elmi fəaliyyəti
Əhməd Salmanov elmi tədqiqat istiqamətləri neft yataqlarının səmərəli mənimsənilməsinin və işlənməsinin son mərhələsində neft hasilatının dinamikasının geoloji-riyazi modelləşdirilməsi, layların neftverməsinin artırılması üsulları ilə əlaqədardır. O, 98 elmi əsərin, o cümlədən 5 metodik rəhbərliyin, 3 dərsliyin, 2 monoqrafiyanın və 1 xəritənin müəllifidir. Bir sıra Respublika və Beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.
Əsərləri
- "Математическое моделирование для определения эффективности видов воздействия на нефтяные залежи в процессе разработки" 1998-metodik rəhbərlik
- "Методика выделения эксплуатационных объектов в разрезе многопластовых нефтяных месторождений" 2001-metodik rəhbərlik
- "Çoxlaylı neft yataqların kəsilişində istismar obyektlərinin ayrılma üsulları" 2001-metodik rəhbərlik
- "Методика выявления дифференциации запасов нефти" 2001-metodik rəhbərlik
- "Yataqların çıxarılabilən neft ehtiyatının hesablanması" 2001-metodik rəhbərlik
- "Neft-qaz mədən geologiyası" 2009-dərslik
- "Neft-qaz yataqlarının işlənilməsinin geoloji əsasları" 2009-dərslik
- "Neft-qaz yataqlarının işlənilməsində təsnifat üsulları və neftvermənin modelləşdirilməsi" 2009-dərslik
- "Abşeron yarımadasının neft-qaz kondensat yataqlarının hidromineral resursları" 2013-monoqrafiya
- "Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası" 2015-monoqrafiya.
- "Azərbaycanın quru ərazisinin neftqaz rayonlaşdırma xəritəsi" 2015