peoplepill id: aghalar-bey-aliverdibeyov
ABA
Russia
1 views today
1 views this week
Aghalar Bey Aliverdibeyov
Azerbaijani musicologist

Aghalar Bey Aliverdibeyov

The basics

Quick Facts

Intro
Azerbaijani musicologist
Places
Gender
Male
Place of birth
Pərioğlular, Aghdam District, Azerbaijan
Place of death
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
72 years
Family
Children:
Nazim Əliverdibəyov Kazim Aliverdibayov
The details (from wikipedia)

Biography

Ağalar bəy Kərbəlayi Ələkbər bəy oğlu Əliverdibəyov (15 oktyabr 1880, Pərioğlular, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası7 iyun 1953, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan musiqişünası.

Həyatı

Ağalar bəy Ələkbər oğlu 1880-ci ildə Şuşa qəzasınınPərioğlular kəndində anadan olmuşdu. Uşaqlığı Şuşa şəhərində keçmişdi. O, Ağdamın dövlətli mülkədarı, Xan qızı Xurşudbanu Natəvanın süd qardaşı Kərbəlayi Ələkbər bəy Əliverdi bəy oğlu ilə Telli xanım Mir Abdulla bəy qızı Vəzirovanln altı övladından biri idi. Kərbəlayi Ələkbər bəyin birinci nikahından daha üç övladı olmuşdu. Onlardan biri də dahi Üzeyir Hacıbəyovun anası Şirin xanım idi. Şirin xanımla Ağalar bəy Nətavanın başçılıq etdiyi "Məclisi-üns"ün yığıncaqlarında fəal iştirak edirdilər. Ağalar bəyin babası Əliverdi bəy Hüseyn bəy oğlu Mehdiqulu xanın Ağdam üzrə darğası olmuşdu.

AğalarbəyƏliverdibəyov mükəmməl Avropa təhsili almış mütərəqqi ziyalılarımızdan biri olub. O, 1901-ci ildə Peterburq Texnoloji İnstitutunu, sonra isə Varşava İnşaat İnstitutunu bitirmişdi. Gənc mütəxxəssis 1913-cü ildə vətənə qayıtmış, Bakı şose yolları idarəsində mühəndis vəzifəsində işləmişdi. O, həmçinin gözəl muğam bilicisi kimi A. Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs demişdi.

Ağalar bəy Məhbubə xanım Abbas bəy qızı Uğurlubəyova ilə həyat qurmuşdu. Nazim bəy, Rasim bəy, Kazım bəy adlı oğulları, Nüşabə xanım adlı qızı vardı.

  • Bəstəkar Nazim Əliverdibəyovun, skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun, pianist Nüşabə Əliverdibəyovanın atasıdır.
  • Bəstəkarlar Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov və ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin dayısıdır.
Ağalar bəy Əliverdibəyov (solda) və Səlim bəy Behbudov (sağda), 1910-cu il

Fəaliyyəti

Ağalar bəy Əliverdibəyov ixtisasca inşaat mühəndisi olsa da, Şuşanın mədəni mühiti onun bir musiqişünas kimi yetişməsində həqiqətən konservatoriya rolunu oynamışdı. Bu aydın zəkalı maarif xadiminin musiqi görüşlərində Orta çağ nəzəriyyəçilərinin müəyyən təsiri özünü göstərsə də, o özünün yüksək bilik səviyyəsi və cari musiqi həyatına sıx bağlılığı sayəsində Azərbaycanda müasir musiqişünaslıq təfəkkürünün formalaşmasına öz töhfəsini vermişdi.

Gənc yaşlarından A. Əliverdibəyov müxtəlif xalqların musiqi tarixinə böyük maraq göstərmiş, bu mövzuya aid ədəbiyyatı diqqətlə mütaliə etmiş, Qarabağın və ümumiyyətlə, Azərbaycanın musiqi həyatı sahəsində qiymətli müşahidələr aparmış, öz fikir və mülahizələrini daima qələmə almağa səy göstərmişdir. A. Əliverdibəyov müxtəlif dünya xalqlarının mədəniyyətini əhatə edən "Musiqi tarixi" adlı dolğun məzmunlu kitab yazmışdır. Həmin kitab, eləcə də xalq mahnı və təsniflərinin toplanılmasına böyük qayğı göstərməsi bu gözəl ziyalının musiqişünaslıq fəaliyyəti barədə danışmağa əsas verir.

Ağalar bəy muğamın sirləriniməşhur xanəndə Hacı Hüsünün ustadı sayılan, dayısıMir Baba Mir Abdulla oğlu Vəzirovdan öyrənmişdi. Onun musiqiçi kimi yetişməsində xanəndələrdən Şükür Aruşanzadə və Muxtar bəy Bədəlbəyli ilə ünsiyyəti və tarzən Cavad bəy Xazalanski ilə birgə çıxışları da böyük rol oynamışdı. Öz növbəsində Ağalar bəy Üzeyir Hacıbəyovun ilk müəllimi olmuş, dahi bəstəkarın qəlbində xalq musiqisinə və muğam sənətinə qarşı böyük məhəbbət hissi oyatmışdı.

Ağalar bəy Əliverdibəyovun zəngin dünyagörüşü, geniş bilik dairəsi və eləcə də Şuşa mühitində qazandığı musiqi səriştəsinə müvafiq olaraq musiqişünaslıq maraqları da çox rəngarəng olmuşdur. Müxtəlif xalqların musiqi tarixinə yaxşı bələd olması, musiqinin təbiəti, yaranışı, təsir xüsusiyyətləri (bədii, psixoloji, müalicəvi və b.) kimi böyük problemlərin qaldırılması, milli musiqi mədəniyyəti ilə yaxından maraqlanması və bir sıra fikirləri A. Əliverdibəyovun geniş əhatəli musiqişünaslıq görüşlərini əks etdirir.

A. Əliverdibəyov Şuşanın yüksək bədii atmosferini geniş tarixi-ictimai və mədəni şərait fonunda parlaq şəkildə əks etdirmişdir. Şəhərin təhsil müəssisələri (o cümlədən məşhur musiqi məktəbləri), şeir və musiqi məclisləri ("Məclisi-üns", "Məclisi-fəramuşan"), bütövlükdə sənayei-nəfisənin inkişafı Şuşa musiqi mədəniyyətinin çiçəklənməsinə səbəb olmuşdur. Bir çox xanəndələr, tar və kamança ustaları, aşıqlar, habelə qaval və qarmon ifaçıları haqqında verilmiş dəyərli bilgilər, toy-düyünlərin və rəngarəng folklor mühitinin şərhi bu füsunkar diyarın zəngin musiqi həyatının açıb göstərir.

Ağalar bəy Əliverdibəyov Qarabağın musiqi salnaməsini yazmaqla yanaşı, başqa muğam məktəblərinin (Şirvan, Bakı) nümayəndələrini də qeyd edir, bundan başqa Irəvan, Lənkəran, Nuxa və Salyanın muğam ifaçıları haqqında dəyərli faktlar göstərir.

O,həmin musiqi janrlardan başqa, "Şəbeh" tamaşalarında istifadə olunan dini musiqini, idman yarışlarını müşayiət edən cəngi havalarını və yaslarda ağıların oxunmasını da qeyd etməyi unutmur. "Musiqi tarixi" əsərinə görə demək olur ki, ağılar xidməti məqsədlərdən başqa həmçinin estetik funksiya da daşıyırdı: "nəzm və əşarın o dərəcədə xalq kütləsinə nüfuzu olubdur ki, hətta yas mərasimi şairanə, müəyyən bir rəng-rövnəq qazanmışdı."

A. Əliverdibəyov sadəcə olaraq zəngin bir informant deyil, doğma musiqi folklorunun qayğıkeş toplayıcısı hesab edilməlidir. Həmin musiqi nümunələri hər hansı bir zümrəyə mənsub olmadığına görə, onlara bu və ya başqa xanəndənin, yaxud el nəğməkarının repertuarı kimi baxmaq olmaz. Toplama işi isə müxtəlif üsullarla həyata keçirilə bilər – xalq mahnılarını kimi texniki vasitələrlə, kimi də müəyyən yazı işarələrinin köməyi ilə toplaya bilər. Ağalar Əliverdibəyov isə el havalarını əvvəlcə özünün qeyri-adi musiqi hafizəsinə köçürmüş, sonra da onların nota yazılmasında bəstəkar S. Rüstəmova böyük yardım göstərmişdir.

Əliverdibəyovun oxuduğu mahnılar arasında bir çox məşhur nümunələri göstərmək olar: "Söhbət saz ilə", "Yaxan düymələ", "Çalpapaq", "Kəklik", "Nəzr eyləmişəm", "Üçtelli durna", "Xumar oldum", "Neylərsən", "Dedim bir busə ver" və s. Həmin məcmuədə müasir dinləyicilərə az tanış olan mahnılar da vardır: "Gəl, gəl ay ellər gözəli", "Altımda madyan", "Ay loylu", "Can qurban eylər", "Tirmə şalım", "Qızım", "Pinəçi mənəm" və b. Eyni zamanda A. Əliverdibəyovun səsindən nota yazılan bəzi nümunələr hələ indiyə qədər işıq üzü görməmişdir. Onların nəşri və araşdırılması da milli musiqişünaslığımızın mühüm vəzifələrindəndir.

"Qafqazın konservatoriyası" sayılan gözəl Şuşanın yetirdiyi mütərəqqi Azərbaycan ziyalısı Ağalar bəy Əliverdibəyov həm musiqi tarixçisi, həm də doğma musiqi folklorunun toplayıcısı və bilicisi kimi maraqlı musiqinünaslıq fəaliyyəti göstərmişdir. Onun qələmindən çıxmış sanballı "Musiqi tarixi" və səsindən nota köçürülmüş xalq mahnıları tədqiq olunduqca bu görkəmli şəxsiyyətin bir musiqişünas kimi parlaq siması daha aydın görünəcək və onun milli musiqi elminin inkişafında oynadığı rolu daha yaxşı dərk olunacaqdır.

Mənbə

  • Ağalar bəy Əliverdibəyov. Rəsmli musiqi tarixi. Bakı: "Şuşa", 2001;
  • "Qobustan" jurnalı, 1987, № 3, s. 4:
  • Azərbaycan xalq mahnıları. I-II cild, Bakı, 1956-1958.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Aghalar Bey Aliverdibeyov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Aghalar Bey Aliverdibeyov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes