Ağazadə Müzəffər
Quick Facts
Biography
Muzeffer Agazade Ağazadə Müzəffər Abusət oğlu – Azərbaycan RespublikasınınƏməkdar hüquqşünası, Ali Məhkəmənin elmi-məsləhətşurasının üzvüdür.
Həyatı və əmək fəaliyyəti
Ağazadə Müzəffər Abusət oğlu 1939-cu ildə Masallı rayonunun Müsaküçə kəndində anadan olmuşdur.
1958-ci ildə orta məktəbi bitirdikdən sonra Masallı rayon məhkəməsində katibişləməyə başlayan M.Ağazadənin əmək fəaliyyətinin sonrakı dövrü yalnız məhkəmə orqanları ilə bağlı olmuşdur.
1961-ci ildə, indiki Bakı DövlətUniversitetinin hüquq fakultəsinin qiyabi şöbəsinə daxil olmuş, həmin təhsil müəssisəsini1967-ci ildəbitirmişdir.
1964-1968 - Bakı şəhəri, Oktyabr rayon xalq məhkəməsində iclas katibi, 1968-1969 - Azərbaycan SSR Nazirlər Soveti Hüquq Komissiyasının Məhkəmə Ekspertizası İnstitutunda baş elmi işçi olaraq çalışmışdır .Bundan sonra, Bakı şəhəri, Yasamal rayon məhkəməsində iclas katibi vəzifəsində işləmiş M.Ağazadə Universiteti bitirdikdən sonra, Azərbaycan SSRİ Nazirlər Soveti Hüquq KomissiyasınınElmi –Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu və Azərbaycan Respublikası Ali Məhkəməsinin nəzarət şöbəsində baş məsləhətçi vəzifələrindəişləmişdir. M. Ağazadə1970-1976 –cı illərdə Daşkəsən rayon məhkəməsində hakim,1976-1987- ci illərdə Bərdə rayon məhkəməsinin sədri,1987-1990-cı illərdə isəAğdam rayon məhkəməsinin sədri vəzifələrində çalışmışdır.1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinə hakim seçilənM.Ağazadə 2000-ci ildə yenidən həmin vəzifəyə təyin edilmişdir.2010-cu ildə təqaüdəçixmişdir.2010 cu ildə Sumqayıt Apelyasiya Məhkəməsinin aparat rəhbərivəzifəsinə təyin olunmuş, 2015-ci ilin yanvar ayına qədər həmin vəzifədə çalışmışdır.
O , 55 illik əmək fəaliyyətindəömrünün 40 iliniməhkəmə hakimliyi kimi şərəfli və məsuliyyətli işə həsr etmişdir.
Ali Məhkəmənin elmi- məsləhət şurasının üzvüdür.
Dövlət qulluğunun baş müşaviridir.
Bir oğlu , üç qızıvə səkkiz nəvəsi var.
Mükafat və Təltifləri
1987 -ci ildə SSRİ Ədliyyə Nazirliyi tərəfindən “ Təşəkkürnamə “ verilmişdir.
SSRİvəAzərbaycan SSR Ədliyyə Nazirliklərinin, Respublika “Bilik” Cəmiyyətinin fəxri fərmanlarına layiq görülmüşdür
2003 -cü ildə M.Ağazadə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin professor-müəllim və zabit heyəti qarşısında “Məhkəmə sistemində aparılan islahatlar və yeniliklər “mövzusunda maraqlı və məzmunlu məruzı ilə çıxış etdiyinə görə Fəxri Fərman təltif edilmişdir
2008 - ci ildəRespublikaPrezidentinin fərmanı ilə“ Tərəqqi” medalı ilə təltif edilmişdir.
20.11.2006 – ci ildə Prezidentİlham ƏliyevinFərmanı iləAzərbaycan Respublikasının Əməkdar hüquqşünası fəxri adı verilmişdir. http://www.justice.gov.az/media218.html
Yazı və Nəşrləri
Hakim vəzifəsində işləməklə yanaşı dövri mətbuatdahüquqi mövzularda yazıları, bir çox qanun layihələrinin, KonstitusiyaMəhkəməsinə verilən sorğularınmüəllifidir. M.AğazadəRespublika Ali MəhkəməsiPlenumunun müzakirəsinə təqdim olunmuş 10 - dan çox qərar layihəsinin, Ali Məhkəmə tərəfindənqanunvericilik təşəbbüsü qaydasında ölkəParlamentinə təqdimedilən bir sıraqanun layihələrinin müəllifidir.O, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin şərhinin hazırlanmasının iştirakçılarından biridir. Ali Məhkəmədə çalışdığı dövrdə onun təşəbbüsü ilə Ali Məhkəmənin orqanı olan “ Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülleteni“ adlı məcmuə dərc olunmağa başlamış, 6 il ərzində M.Ağazadəməcmuəninbaş redaktorunun müavini olmuşdur. Cinayət və cinayət prosessual qanunvericiliklə bağlı M.Ağazadənin bir sıra maraqlı fikirləri və təklifləri 2009-cuildə “Hüquq Ədəbiyyatı” nəşriyyatı tərəfindən nəşr olunmuş, “Cinayət və cinayət prosessual qanunlar haqqında hakimin düşüncələri” adlı kitabında öz əksini tapmışdır.M.Ağazadə hüquq elmləri namizədi elmi dərəcəsi almaq üçün yazılan onlarca dissertasiyaya rəy vermişdir.M Ağazadənin tövsiyə və təkliflər nəzərə alınmaqla ATƏT-In Baki ofisi-qanunun aliliyi və insan hüquqlari departamentinin təşəbbüsü ilə “Hakimlər üçün təlimat kitabçasi: birinci instansiya məhkəmələrində cinayət işləri üzrə məhkəmə iclaslari ” adlı vəsaiti hazırlanmışdır. http://www.osce.org/az/baku/104349?download=true - azərbaycan dilində http://www.osce.org/baku/104348?download=true-ingilis dilində
Kitabları
Cinayətvə cinayət - prosessual qanunlar haqqında kitabları dərc edilmişdir:
“Hakimin düşüncələri – I”2009-cü il
“Hakimin düşüncələri –II “2014-cü il
"Hakimin düşüncələri-III" 2017-ci il
Məqalələri
”Məhkəmə çıxışlarının sual doğuran cəhətləri”, Azərbaycan vəkilijurnalı, 2016 –cı il.
http://lawreform.az/index.php?module=news&name=view&id=900&lang=az“ Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma cinayət məsuliyyətinə səbəb olmalıdırmı ? “,Azərbaycan vəkilijurnalı,21.08 .2013-cü il. Hüquqi mövzularda “Hüquqi Dövlət və Qanun”, “Qanunçuluq”, ”Qanun“, ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülleteni”, ”Azərbaycan vəkili”, “Azərbaycan Prokurorluğu“ jurnallarında, habelə ədəbi-ictimai, elmi-publisistjurnal olan“Naxış “ jurnalında məqalələri dərc olunmuşdur.
Simpozium və seminarlar
ABŞ, Çexiya, Almaniya, Gürcüstan, Çin və digər ölkələrdə keçirilən simpozium və seminarlarda Azərbaycan Respublikası Ali Məhkəməsini ləyaqətlə təmsil etmişdir. Gənc hüquqşünaslar üçün uzun illər Ədliyyə Nazirliyinin tədris kursunda — hazırkı Ədliyyə Akademiyasında, Respublika Prokurorluğunun Tədris Mərkəzində hakimlər və dövlət ittihamçıları ilə keçirilən seminar məşğələləri aparıb.
Haqqinda yazılar
Hakim, yazıçı Ə. Seyidovun “Müdriklik zirvəsində” adlı məqaləsi, “Xalq “ qəzeti, 2009-cu il.http://www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_dekabr2009/101398.htm Azərbaycan Respublikası Ali Məhkəməsi http://supremecourt.gov.az/static/view/243 2004-cü ildə “Hüquqi Dövlət və Qanun”adlı jurnalda M.Ağazadə haqqında 65 illiyinə həsr edilmiş məqalə dərc edilmişdir
İntervyular
12 years pass from abolition of capital punishment in Azerbaijanhttp://www.azpenalreform.az/en/library/articles/586-12-years-pass-from-the-abolition-of.html Cinayət məsuliyyətindən hansı hallarda azad olmaq mümkündür? http://az.trend.az/azerbaijan/society/2128046.html
Azərbaycan məhkəmələrində girov qətimkan tədbirinin tətbiqinə niyə geniş yer verilmir? http://www.baki-xeber.com/v5/00042276.html
Həbsdən başqa yol yoxdurmu? http://deyerler.org/new/ru/print:page,1,35998-rsrsrsr-rsrss-ryisrrssrissrisrs-risrrrrjosrsrsr.html
Azərbaycanda cinayət prosesində hal şahidləri institutunun fəaliyyətinə zərurət varmı? http://news.milli.az/society/87439.html