peoplepill id: agasafa
A
Azerbaijan
1 views today
1 views this week
Agasafa
Azerbaijani translator

Agasafa

The basics

Quick Facts

Intro
Azerbaijani translator
Gender
Male
Place of birth
Qarabulaq, Khizi, Khizi District, Azerbaijan
Age
82 years
The details (from wikipedia)

Biography

Yəhyayev Ağasəfa Qafur oğlu (8 sentyabr 1942, Qarabulaq (Xızı), Xızı rayonu) — şair, tərcüməçi, 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Biliyinin üzvü (1990).

Həyatı

Ağasəfa 1942-ci il sentyabrın 8-də Xızı rayonunun Qarabulaq kəndində anadan olmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil almışdır (1963-1971). Bakı parovoz deposunda fəhlə (1960-1962), geoloji kəşfiyyat idarəsində (1962-1965) qazmaçı köməkçisi işləmiş, sonra "Kirpi" satirik jurnalı və "Azərbaycan qadını" jurnalı redaksiyalarının əməkdaşı (1965-1978), "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının böyük redaktoru (1978-1989), "Karvan" kitablar seriyası redaksiyasında böyük redaktor (1989-1990), "Novruz" qəzeti redaksiyasında məsul katib (1990), "Ədəbiyyat qəzeti"ndə məsul katibin köməkçisi (1991-1993) vəzifələrində işləmişdir. Xızı rayonu Qarabulaq kənd orta məktəbində müəllimlik etmişdir (1993-1994). Hazırda Vahid müstəqil televiziyasında böyük redaktor işləyir (1994-cü ildən).

Ədəbi yaradıcılığa 1957-ci ildə "Sosialist Sumqayıtı" qəzetində çap olunmuş "Sazım" adlı ilk şeirilə başlamışdır. O vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Bədii tərcümə ilə də məşğul olur. L.N.Tolstoyun mənzum nağıllarını, N.Qribaçov, Q.Qulam, R.Babacan, İ.Selvinski, S.Vasilyev, B.Oleynik, A.Lupan, Q.Quliyev və b. görkəmli sənətkarların əsərlərindən nümunələr tərcümə etmişdir. "Ölkəm" (1980), "Azərbaycan" (1981), "Əsrin yolu" (1984) kitablarını tərtib etmişdir.

Əsərləri

  1. Yolçu yolda gərək. Bakı: Azərnəşr, 1966, 30 səh.
  2. Yaşat məni. Bakı: Gənclik, 1970, 85 səh.
  3. Ürəyimdir oxuyan. Bakı: Gənclik, 1976, 70 səh.
  4. Ürəyimə yatanlar. Bakı: Yazıçı, 1979, 102 səh.
  5. Fikir dünyası. Bakı: Yazıçı, 1981, 132 səh.
  6. Bağçada birinci gün. Bakı: Gənclik, 1983, 64 səh.
  7. Günəşin dalınca gedən oğullar. Bakı: Yazıçı, 1984, 200 səh.
  8. Odla oynayıram. Bakı: Yazıçı, 1987, 168 səh.
  9. Gombulca və Dumbulca. Bakı: Gənclik, 1989, 70 səh.

Tərcümələri

  1. Mömin Qanoat. Yaralı kitablar. Bakı: Yazıçı, 1988, 92 səh.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Agasafa is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Agasafa
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes