peoplepill id: agamusa-axundov
AA
Azerbaijan
3 views today
3 views this week
The basics

Quick Facts

Gender
Male
Place of birth
Kürdəmir
Place of death
Baku, Azerbaijan
Age
83 years
The details (from wikipedia)

Biography

Axundov Ağamusa Ağası oğlu (d. 2 fevral 1932-ci il, Kürdəmir, Azərbaycan SSR - 5 sentyabr 2015-ci il, Bakı) — Azərbaycanın tanınmış ədəbiyyatşünası, dilçi və türkoloq alimi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1964), professor (1967), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı (1986), Azərbaycan Respublikası Əməkdar Elm Xadimi (1990).

Həyatı

Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olmuşdur. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950-1955) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil almışdır (1959-1965). Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958-1959), baş müəllimi (1959-1961), dosenti (1961-1967), sonra universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990) olmuşdur. Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləmişdir (1981-1999).AMEA-nin Dilcilik institunun direkroru(1990-2011), AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb.

Ədəbi fəaliyyəti

Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında (1951, N 12) çap olunmuş "İkinci görüş" adlı ilk hekayəsi ilə başlamışdır. Bundan sonra bədii yaradıcılıqla, xüsusən poeziyanın sənətkarlıq problemlərinin tədqiqi ilə ciddi məşğul olmuşdur.

Sovet Türkoloqları Komitəsinin (1974-cü ildən), Almaniya Demokratik Respublikasında nəşr edilən "Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar" adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin (1978-ci ildən), Azərbaycan EA Terminologiya Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Toponimika Komissiyasının, AzərTAC-ın tərcümə şurasının, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Sovet-Amerika dostluq cəmiyyəti Bakı şöbəsinin sədri kimi geniş ictimai-elmi fəaliyyət göstərir.

Misir Ərəb Respublikasının Qahirə şəhərində, Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatından dərs demiş (1965-1966), Praqa (1967), Ankara (1972), Belqrad (1984) və Budapeşt (1986), Kayseri (Türkiyə, 1990), İstanbul (1992) şəhərlərində beynəlxalq elmi konfranslarda iştirak etmiş, Dostluq evinin və Sovet Amerika Əlaqələri İnstitutunun xüsusi heyətində ABŞ-da olmuş, Nyu-Yorkda II Dünya müharibəsinin qurtarmasının 30 illiyinə həsr olunmuş iclasda iştirak etmişdir (1975).

Yaponiya Elmə Yardım Cəmiyyətinin dəvəti ilə bir ay Tokio Universitetində Azərbaycan dili dərsi demiş, Kobe Universitetində və Tokio Şərq Kitabxanasında "Azərbaycan dili inkişaf yollarında" mövzusunda 2 konfrans keçirmişdir. Onun "Ümumi dilçilik" (1978-1988), dilçiliyə dair şərikli yazdığı "Dilçiliyə giriş" (1966-1980), "Azərbaycan dili" (1972-1973-1974-1992) kitabları döna-dönə nəşr olunmuşdur. "Azərbaycan dilinin tarixi-etimoloji lüğəti" əsəri üzərində işləmişdir. Azərbaycan Respublikası Dillərin işlənməsı və inkişaf qanunauyğunluqları əlaqələndirmə Şurasının sədri, ASE-nin Məsləhətçilər Şurasının, Gürcüstan EA-nın Dilçilik İnstitutunun və BDU-nun doktorluq dərəcəsi verən ixtisaslaşmış müdafiə şuralarının, XMA-nın Azərbaycan bölməsi komitəsinin, "Sovetskaya tyürkologiya", "Ulduz" və "Azərbaycan" jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur. "Sovetskaya tyürkologiya" jurnalının baş redaktoru, Dil və Ədəbiyyat üzrə ekspert şurasının sədri işləmişdir (1993-cü ildən).

Xalqlar dostluğu sahəsində mühüm xidmətlərinə görə ABŞ-ın "Frendşip fors" ("Dostluq qüvvələri") ictimai təşkilatının fəxri fərmanına layiq görülmüşdür (1987), ABŞ-ın Nyu-Orlean şəhərinin fəxri xarici vətəndaşı, Luiziana ştatının paytaxtı Baton Rujun şəhər şurasının fəxri üzvüdür (1987). Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvüdür (2003-cü ildən). "Şöhrət" ordeni ilə təltif edilmişdir (2000).

5 sentyabr 2015-ci ildə vəfat etmişdir, Bakıda, II Fəxri Xiyabanda dəfn edilmişdir .

Kitabları

  1. Felin zamanları. Bakı: ADU-nun nəşriyyatı, 1961, 138 səh.
  2. Müasir Azərbaycan ədəbi dilinin fonetikası. Bakı: ADU-nun nəşriyyatı, 1963, 25 səh.
  3. Müasir Azərbaycan dilinin fonetikasından mühazirələr. Bakı: ADU-nun nəşriyyatı, 1969, 56 səh.
  4. Dil və üslüb məsələləri. Bakı: Gənclik, 1970, 103 səh.
  5. Azərbaycan dilinin fonemlər sistemi. Bakı: Maarif, 1973, 302 səh.
  6. Azərbaycan dilinin tarixi fonetikası. Bakı: ADU-nun nəşriyyatı, 1973, 110 səh.
  7. Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları). Bakı: Maarif, 1979, 254 səh.
  8. Riyazi dilçilik. Bakı: ADU-nun nəşriyyatı, 1979, 18 səh.
  9. Şer sənəti və dil. Bakı: Yazıçı, 1980, 159 səh.
  10. Azərbaycan dilinin fonetikası. Bakı: Maarif, 1983, 388 səh.
  11. Torpağın köksündə tarixin izləri. Bakı: Gənclik, 1983, 135 səh.
  12. Dilin estetikası. Bakı: Yazıçı, 1985, 223 səh.
  13. Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları). Bakı: Maarif, 1988, 260 səh.
  14. Dil və mədəniyyət. Bakı: Yazıçı, 1992, 190 səh.
  15. Dil və ədəbiyyat (iki cilddə). I cild. Bakı: Gənclik, 2003, 658 səh.
  16. Dil və ədəbiyyat (iki cilddə). II cild. Bakı: Gənclik, 2003, 436 səh.

Filmoqrafiya

  1. Mənim universitetim (film, 1969)
  2. Dünya şöhrətli məzun (film, 2003)
  3. Liderlik missiyası. 1-ci hissə (film, 2008)
  4. Üç zirvənin fatehi (film, 2008)

İstinadlar

Xarici keçidlər

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Ağamusa Axundov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Ağamusa Axundov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes