Agababa Mikayilov
Quick Facts
Biography
Ağababa Cəbrayıl oğlu Mikayılov (25 aprel 1918 – 5 aprel 1992) — Naxçıvan Ali Məhkəməsinin sədr müavini (1950–1951), Azərbaycan SSR Ali Məhkəməsinin hakimi (1952–1980).
Həyatı
Mikayılov Ağababa Cəbrayıl oğlu 25 aprel 1918-ci ildə Səlyan rayonunun Xolqarabucaq kəndində anadan olmuşdur.
Böyük Vətən Müharibəsinə yollanmamışdan öncə, məktəbdə müəllim və direktor müavini vəzifələrində çalışmış. 1942-1945-ci il tarixlərində Böyük Vətən Müharibəsinin fəal iştirakçılarından olaraq, Berlinə ilk girən döyüşçülərdən olub. Müharibə zamanı kapitan rütbəsi ilə batalyon komandiri vəzifəsinədək yüksəlmişdir. Çexiya, Macarıstan, Sloveniyanın azad olmasında böyük sücaətlər göstərmişdir. Buna görə də üç dəfə "Qırmızı Ulduz" ordeni, 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni və bir çox medallarla təltif edilmişdir.
Müharibə dövrü bitəndən sonra Kirov adına Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olmuş və həmin universiteti 1950-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
Ağababa Mikayılov 1950 – 1951 – ci illərdə ASSR Ədliyyə Nazirliyində Baş revizor vəzifəsində çalışmış, 1951-1952-ci illərdə isə Naxçıvan Ali Məhkəməsinin Sədr müavini vəzifəsində çalışmışdır.
A.Mikayılov 1952 – ci ildən etibarən Azərbaycan SSR Ali Məhkəməsinin hakimi seçilmişdir və 1952-ci ildən 1980-ci ilədək fasiləsiz olaraq 28 il Azərbaycan SSR Ali Məhkəməsinin hakimi vəzifəsində işləmiş.
Mikayılov Ağababa 1981-1986-cı illərdə Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsində şöbə müdiri olmuşdur. 1986-1991-ci illərdə isə SSSR Qaz Sənayesi Nazirliyində şöbə müdiri vəzifəsində çalışmışdır.
Ağababa Mikayılov çalışdığı bütün sahələrdə, xüsusilə Ali Məhkəmənin hakimi vəzifəsində işləyərkən yüksək peşəkarlıq, obyektiv prinsipiallıq, qərəzsizlik nümayiş etdirmişdir. O, mənəvi cəhətcə olduqca təmiz adam olması ilə barəbar həm də çox tələbkar insan idi. Qanun onun həyatında ilk yerdə idi. Ali Məhkəmənin hakimi vəzifəsində çalışarkən ona xüsusilə çətin işlər həvalə edilərdi.
Ağababa Mikayılovun böyük xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla təltif olunmuşdur.
Mikayılov Ağababa Cəbrayıl oğlu 1992-ci il aprel ayının 5-də vəfat etmişdir.
Mükafatları, təltifləri və fəxri adları
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
- "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı
- "Əmək igidliyinə görə" medalı
- "Döyüş xidmətlərinə görə" medalı
- "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı
- "Qırmızı Ulduz" ordeni
- "Lenin" ordeni
- "Budapeştin alınmasına görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı
- "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı
- Lenin ordeni
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı
- "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı
- "Kiyevin 1500 illik xatirəsinə" medalı
- "Praqanın azad edilməsinə görə" medalı
- "Əməkdə fərqlənməyə görə" medalı
- ÜİLKGİ MK-nın "60 il V.İ.Leninin adı ilə" fəxri nişanı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı
- I dərəcəli Vətən Müharibəsi Ordeni
- "Əmək veteranı" medalı
- "SSRİ Silahlı Qüvvələri veteranı" medalı
- "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı