peoplepill id: adil-bagirov-1
AB
Azerbaijan
1 views today
1 views this week
Adil Bagirov
Azerbaijani scientist

Adil Bagirov

The basics

Quick Facts

Intro
Azerbaijani scientist
Work field
Gender
Male
Place of birth
Nursu, Shahbuz District, Nakhchivan Autonomous Republic, Azerbaijan
Age
68 years
Education
faculté de philologie de l'université d'état de Bakou
Azerbaijan
Employers
Nakhchivan University
Nakhchivan, Nakhchivan Autonomous Republic, Azerbaijan
The details (from wikipedia)

Biography

Adil Nəsib oğlu Bağırov (28 iyul 1947, Nursu, Şahbuz rayonu21 aprel 2016) — filologiya üzrə elmlər doktoru, dosent, AMEA-nın müxbir üzvü (2014).

Həyatı

Adil Bağırov 28 iyul 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nursu kəndində anadan olub. Ali təhsilini 1965-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb.

Əmək fəaliyyəti

Adil Bağırov əmək fəaliyyətinə 1966-cı ildə başlayıb. 1966–1973-cü illərdə Naxçıvan MR Şahbuz rayon Mahmudoba kənd səkkizillik, 38 №-li Culfa şəhəri və 39 №-li Naxçıvan şəhəri dəmiryol məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq işləyib. Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda kabinet müdiri olmuşdur. Naxçıvan MR Xalq Təhsili Nazirliyində məktəb inspektoru, daha sonra Naxçıvan Özəl Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur. Adil Bağırov 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölmə­sinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Onomastika şöbəsinin müdiri vəzi­fə­sini icra edib.

Elmi fəaliyyəti

Adil Bağırov 1981-ci ildə "Türk dillərində yarım­çıq feillər (Oğuz qrupu türk dillərinin mate­rial­ları əsasında)" mövzusunda namizədlik, 2005-ci ildə "Naxçıvan Mux­tar Respub­li­ka­sı ono­mastik vahidlərinin tarixi-linqvis­tik təh­lili (toponimlər və hidro­nimlər)" mövzu­sunda doktorluq dissertasi­yası müdafiə edib. 2010-cu ildə dosent elmi adını alıb. Adil Bağırov 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

Adil Bağırov 6 monoqrafiyanın, 5 kitabın, 2 dərs vəsaiti, 2 tədris proqramı və 120-dən çox elmi məqalənin müəllifidir.

Elmi əsərləri

  1. Bağırov, Adil. Türk dillərində yarımçıq fellər. Bakı: APİ. 1993.
  2. Bağırov, Adil. Naxçıvanın hidronimləri. Bakı: Elm. 200.
  3. Bağırov, Adil. Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri. Bakı: Elm. 2002.
  4. Bağırov, Adil. Naxçıvan Muxtar Respublikasının onomastik vahidlər sözlüyü. Bakı: Nurlan. 2003.
  5. Bağırov, Adil. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə onomastik vahidlər. № 5-12. Bakı: "Azərbaycan və azərbaycanlılar” jurnalı. 2007. 226–230.
  6. Bağırov, Adil. Naxçıvan ərazisində qədim oğuzlarla bağlı toponimlərin tədqiqi. Ankara: VI Beynəlxalq Türk Dil Qurultayı. 2008.
  7. Bağırov, Adil. Naxçıvanın oykonimləri. Bakı: Nurlan. 2008.
  8. Bağırov, Adil. I cild // Onomalogiya problemləri. Bakı: Nurlan. 2010.
  9. Bağırov, Adil. II cild // Onomalogiya problemləri. Bakı: Nurlan. 2012.
  10. Bağırov, Adil. Oronimlərin linqvistik xüsusiyyətləri. Bakı: Nurlan. 2011.
  11. Bağırov, Adil. Osmanlı arxiv sənədlərində əksini tapan Naxçıvan oykonimlərinin tarixi-filoloji təhlili. № 1. Naxçıvan: AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”i, (İctimai və humanitar elmlər seriyası). 2014. 147–155.

Vəfatı

Adil Bağırov 21 aprel 2016-cı ildə vəfat edib.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Adil Bagirov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Adil Bagirov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes