Adil Aşırım
Quick Facts
Biography
Adil Aşırım (d. 1964, İğdır) - elektrik mühəndisi, siyasətçi və köhnə İğdır deputatı.
Həyatı
1964-cü ildə İğdırda anadan olan Adil Aşırım, orta məktəbi Ədirnənin Uzunkörpü bölgəsində tamamlamışdır. 1983-cü ildə daxil olduğu ODTÜ Elektrik və Elektronika mühəndisliyi fakültəsindən 1987-ci ildə məzun olduqdan sonra 1988-1990-cı illərdə İTU-da magistr təhsili almışdır.
Ailəldir, 2 övladı vardır.
Fəaliyyəti
5 il telekomunikasiya sahəsində araşdırma və layihə mühəndisliyi edən Aşırım, müxtəlif şirkətlərdə elektrik-elektronik sənayesində rəhbər kimi çalışmışdır. Demokratik Sol Partiyası ilə qatıldığı 1995-ci il Türkiyə seçkilərində partiyası 14 faizlə IV sırada yer alsa da, üzərindəki partiyalardan HADEP və MHP-nin seçim limitinin altında qalmasından sonra deputat seçilmişdir və XX çağırış TBMM-də 4 il deputatlıq etmişdir.
1996-cı ilin yanvarında özəl televiziyalardan birinə açıqlama vermişdir:
Mən sağın da sağında yetişdim. Namizəd olmaq üçün DYP-yə getdim amma yer yox idi. Buna görə də DSP-yə getdim. İğdırdan namizəd göstərildim. DSP-nin İğdırda təşkilatı və dəstəkçiləri yox idi. Mənə ANAP-lı bələdiyyə başçısı sahib çıxdı və dəstək oldu. Mən də onsuz ANAP-a (Ana Vətən Partiyası) keçməyi düşünürəm. |
Bu açıqlamasından sonra qovulma tələbi ilə DSP Mərkəzi İntizam Qurumuna göndərildi. 11 yanvar 1996-cı ildə DSP-dən istefa etdi və ANAP-a qoşuldu. 2002-ci ilə qədər ANAP-ın Mərkəzi Komitəsində üzv olmuşdur. Həmçinin də 1996-2001-ci illərdə Məsud Yılmazın müşaviri olmuşdur. 2001-2003-cü illərdə ANAP-ın xarici əlaqələr katibliyini etmişdir. ANAP-ın təsirini tirməsindən sonr MHP-yə keçmişdir.