peoplepill id: adalat-madadoglu
AM
Georgia
1 views today
1 views this week
The basics

Quick Facts

Places
Gender
Male
Place of birth
Dmanisi, Dmanisi Municipality, Kvemo Kartli, Georgia
Age
56 years
Education
Maxim Gorky Literature Institute
Moscow, Moscow Governorate, Russia
The details (from wikipedia)

Biography

Ədalət Mədəd oğlu İsmayılov (Ədalət Mədədoğlu; 1 fevral 1968, Dmanisi) — azərbaycanlı şair, yazıçı, publisist, siyasi xadim.

Həyatı

Ədalət Mədədoğlu 1968-ci ilin fevralın 1-də Gürcüstanın Dmanisi şəhərində anadan olub. 1985-ci ildə Dmanisi rus orta məktəbini, 1996-ci ildə isə A. M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 

Müxtəlif illərdə “Kaspi” (rus dilində), “Xəzər” (Azərbaycan dilində),  “Nyu Baku Post” (Azərbaycan dilində) qəzetlərinin redaktor, baş redaktorun müavini və məsul katib, “Kaspiy İz” (rus dilində), “İçəri şəhər” (rus dilində), “Mobil time” (Azərbaycan və ingilis dillərində) jurnallarının redaktoru olub, BBC radiosunun rus xidmətində çalışıb. Hal-hazırda, “Əqli mülkiyyət jurnalının” baş redaktorudur.

Siyasi-ictimai, elmi fəaliyyəti

Ədalət Mədədoğlu 2000 ildə təsis etdiyi Azərbaycan Sabit İnkişaf Partiyasının (ASİP) sədridir. ASİP ölkənin siyasi-ictimai həyatında sol-mərkəzçi, islahatçı partiya kimi fəaliyyət göstərir.

Ədalət Mədədoğlu Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya Gürcüstan Ukrayna, Özbəkistan, Moldova, Almaniya, Səudiyyə Ərəbistanı mətbuatında dərc edilmiş 200-dən artıq siyasi və elmi məqalələri, “Azərbaycan dilində onomastik vahidlərin semantik inkişafı” adlı avtoreferatın müəllifidir.

Yaradıcılığı

  • Адалат Мадатоглу. «Скалы» (“Qayalar”) 1995, Украина, Городская типография  Донецкого областного комитета по делам печати и информации.
  • Адалат Мадатоглу. Стихотворения. Проза. (Şeirlər və nəsr) 1997, Россия, Москва.
  • Ədalət Mədədoğlu. “Tiflisdə yeddi məhbus”, roman. Bakı, CBS, 2013.

Bəzi elmi məqalələri

  •   Azərbaycan dilinin yazılı mənbələrində işlədilən antroponimlərdən istifadə üsulları, “Elmi axtarışlar”, 5 toplu, Bakı, 2001, səh. 180-183.
  •  “Dədə Qorqud soraqlı Başkeçidin onomastik vahidlərin klassifikasiyası”, “Dədə Qorqud”, N 1 (3), Bakı, 2002, səh. 47-51.
  • «Космонимы в поэзии Низами Гянджеви», “Filologiya məsələləri”, N2, Bakı, 2002, səh. 47-51.
  • “Sifətlərlə ifadə olunmuş onomastik vahidlərin semantik inkişafı”, “Filologiya məsələrinə dair tematik toplu”, N 1-2 (24-25), Bakı, 2003, səh. 49-53.
  •    “Azərbaycan dilində  adlarla (isim, sifət, say) ifadə olunmuş onomastik vahidlərin semantik inkişafı, ADPU mətbəəsi, Bakı, 2004.

İstinadlar

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Menu Adalat Madadoglu

Basics

Biography

Lists

Also Viewed

Lists
Adalat Madadoglu is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Adalat Madadoglu
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes