peoplepill id: abulfaz-quliyev
AQ
Azerbaijan
3 views today
3 views this week
Abulfaz Quliyev
Azerbaijani scientist

Abulfaz Quliyev

The basics

Quick Facts

Intro
Azerbaijani scientist
Work field
Gender
Male
Place of birth
Nakhchivan, Nakhchivan Autonomous Republic, Azerbaijan
Age
74 years
Education
Baku State University
Baku, Baku Uyezd, Azerbaijan
Employers
Nakhchivan Nakhchivan Autonomous Republic, Azerbaijan
Nakhchivan State University
Nakhchivan, Nakhchivan Autonomous Republic, Azerbaijan
The details (from wikipedia)

Biography

Quliyev Əbülfəz Aman oğlu (27 mart 1950, Naxçıvan) — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, filologiya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2007).

Həyatı

Əbülfəz Quliyev 27 mart 1950-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1966-cı ildə Naxçıvan şəhərindəki 7 saylı onillik orta məktəbi qurtarıb, həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil-ədəbiyyat ixtisasına qəbul olub, 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək təyinat üzrə Naxçıvana gəlmişdir. Bir il şəhər 1 saylı orta məktəbdə müəllim işləmiş, 1972-ci ildə yeni yaradılan Naxçıvan Elm Mərkəzinə kiçik elmi işçi olaraq qəbul olunmuşdur.

Əsas elmi nailiyyətləri

Qədim türk Orxon-Yenisey yazılı abidələrinin Azərbaycanda əsas tədqiqatçılarından biridir. Bu sahəyə aid onlarla monoqrafiyası nəşr olunmuşdur. Orta əsrlər ümumtürk ədəbiyyatının öyrənilməsinə aid, Naxçıvan dialekt və şivələrinin tədqiqinə aid sanballı əsərləri vardır.

Əsas elmi əsərləri

  • Orxon-Yenisey abidələrində felin təsriflənməyən formaları, Bakı:Elm, 1997, 165 s.
  • Əski türk yazılı abidələri müntəxəbatı, Bakı: BDU nəşri, 1993, 290 s.
  • Qədim türk abidələrinin sintaksisi, Bakı:ADPU nəşri, 1994, 92 s.
  • Qədim türk onomastikasının leksik-semantik sistemi, I və II hissə. Bakı: Elm, 2001, 370 s.
  • Qədim türk abidələrinə aid materiallar. Bakı, 1996, 86 s.
  • Orxon-Yenisey abidələrində toponim və etnonimlər. Bakı: Nurlan, 2004, 148 s.
  • Qədim türk onomastikası. Bakı: ADPU nəşri, 2007, 94 s.
  • Nahçıvan ağzı,TDK yay. Ankara, 2009, 760 s.
  • Nahçıvan ağızlarının söz varlığı, Ankara, 2010, 180 s.
  • Tarihte ve günümüzde Nahçıvan (müştərək). Ankara,1998, 96 s.
  • Qədim türk sözlüyü. Bakı, 1995, 210 s.
  • Azerbaycan düğün türküleri. Ankara: Kültür ve turizm bakanlığı yay, 2011, 190 s.
  • General Veysəl Ünüvar. Naxçıvan: təlatüm və burulğanlar (1920-1921), Naxçıvan, 2005
  • Mövlana Cəlaləddin Rumi. Məsnəvi. Azərbaycan dilinə tərcümə Əbülfəz Quliyevindir. 3 cilddə, Naxçıvan: Əcəmi. 2013
  • A.V.Borovkov. Orta Asyada bulunmuş Kuran tefsirinin (XII-XIII yy) söz varlığı (rus dilinden tercüme Ə.Quliyev), TDK yay. Ankara, 2002
  • Qədim türk onomastik sözlüyü. Bakı, 2000
  • Qədim uyğur türklərinin onomastikası. Bakı, 2014

Pedaqoji fəaliyyəti

1971-ci ildən indiki Naxçıvan Dövlət Universitetində çalışır. Müəllim, baş müəllim, dosent və professor vəzifələrinədəkyüksəlmişdir.1993-cü ildən 2003-cü ilə qədər universitetin“Azərbaycan dilçiliyi” kafedrasınınmüdiri olmuşdur. Haliyədə həmin kafedranın professorudur.

Beynəlxalq elmi qurumlarda üzvlüyü

  • Türk Dünyası elm və sənət adamları Birliy ( İLESAM, Türkiyə)
  • Beynəlxalq Türk Dünyası Akademiyası (Astana, Qazaxıstan)
  • Avrasiya Yazarlar Birliyi (Türkiyə)

Təltiflər və fəxri adları

  • Azərbaycan Respublikasının Əməkdar müəllimi
  • AMEA Rəyasət Heyətinin fəxri fərmanı
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Abulfaz Quliyev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Abulfaz Quliyev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes