peoplepill id: abel-maharramov
AM
Russia Azerbaijan
1 views today
4 views this week
Abel Maharramov
Azərbaycanlı kimyaçı alim

Abel Maharramov

The basics

Quick Facts

Intro
Azərbaycanlı kimyaçı alim
Work field
Gender
Male
Place of birth
Agdam, Agdam District, Azerbaijan
Age
74 years
Education
Baku State University
The details

Biography

Məhərrəmov Abel Məmmədəli oğlu — BDU-nun rektoru, Azərbaycan Respublikası Milli Məclisinin III (2005-2010) və IV (2010-2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri.

Həyatı

Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoymuşdur.

1966–cı ilin may ayının 25-i Amasiya rayonun Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra, elə 1966-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışmışdır. 1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-ci ildə akademik N.S.Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən "Üzvi kimya" kafedrasının professorudur.

Elmi fəaliyyəti

Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 600-ə yaxın elmi məqalə dərc etdirmişdir. O cümlədən 33 ixtiranın müəllifidir, 10-a yaxın monoqrafiya və 37 dərslik və dərs vəsaiti çap olunmuşdur.

Üzvi kimya kafedrasının müdiri, "Zərif üzvi sintez" elmi-tədqiqat laboratorayasının rəhbəri, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, kimyanın əsas sahələrindən hesab edilən neft kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış kimyaçı alimdir.

O, "Alkenilfenolların kimyası", "Аминотиолы и их производные" monoqrafiyalarının və "Neft kimyası və neft-kimyəvi sintez", "Dərman maddələrinin sintezi" dərsliklərinin müəllifidir.

Mükafatları və tutduğu vəzifələri

Dmitri Medvedyevə BDU-nun fəxri doktoru adının təqdim olunması mərasimi (3 sentyabr 2010)

Məhərrəmov Abel Məmmədəli oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar Elm xadimi" fəxri adına, Y.Məmmədəliyev adına qızıl medala layiq görülmüşdür. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Bundan başqa müxtəlif vaxtlarda Beynəlxalq EKO mükafatına və Rumıniyanın Ali Komandor dərəcəli Qızıl ulduz ordeninə layiq görülmüşdür.

  • Avropanın bir neçə universitetinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü
  • Beynəlxalq ali təhsil assosiasiyalarının prezidenti və idarə heyətinin üzvü
  • 1999-cu il yanvarın 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilmişdir.
  • 2001-ci ildə AMEA-nın müxbir üzvü,
  • 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.
  • 2002-2004-cü illərdə Qara Dəniz Universitetləri Assosiasiyasının prezidenti olmuşdur
  • 2004-cü ildən isə vitse-prezidentidir.
  • 2005-2010-cu illərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komitəsinin üzvüdür.
  • 2016-cı ilin oktyabrın 28-dən etibarən Rusiya Elmlər Akademiyasının üzvü seçilib.

Ailəlidir, iki övladı, dörd nəvəsi vardır.

İstinadlar

Həmçinin bax

  • Şəfiqə Məhərrəmova - anası
  • Adil Məhərrəmov - qardaşı

Mənbə

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Menu Abel Maharramov

Basics

Introduction

Həyatı

Elmi fəaliyyəti

Mükafatları və tutduğu vəzifələri

İstinadlar

Həmçinin bax

Mənbə

Lists

Also Viewed

Lists
Abel Maharramov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Abel Maharramov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes