peoplepill id: abdulla-aga-bakixanov
AAB
Georgia
1 views today
1 views this week
Abdulla ağa Bakıxanov

Abdulla ağa Bakıxanov

The basics

Quick Facts

Places
Gender
Male
Birth
Place of birth
Tbilisi, Georgia
Place of death
Tbilisi, Georgia
Age
55 years
Awards
Order of Saint Anna, 2nd class
 
Order of Saint Anna, 3rd class
 
Order of Saint Stanislaus, 2nd class
 
Order of St. Vladimir, 4th class
 
The details (from wikipedia)

Biography

Abdulla ağa Bakıxanov (1824-1878) Rusiya imperator ordusunungeneral-mayoru, Azərbaycan yazıçısı və maarifçisi Abbasqulu ağa Bakıxanovun ata bir, ana ayrı qardaşı.

Həyatı

Abdulla ağa Bakıxanov 1824-cü ildə Bakı xanlığının üçüncü xanı II Mirzə Məhəmməd xanın ailəsində anadan olmuşdur.Abdulla ağa 1877-1878-ci illərdə Rusiya-Türkiyə müharibəsi zamanı Qafqaz ordusunun.süvari alayında xidmət etmişdir.

Cəfərqulu ağanın vəfatından sonra Bakıxanovlar nəslinin qanuni varisi Abdulla ağa olmuşdur. Onun general olmasını təsdiq edən iki arxiv sənədi var. Birincisi Azərbaycan Dövlət Tarix Muzeyindədir. Həmin sənəd 29 aprel 1894-cü ilə aiddir. Sənədə əsasən 1859-cu ildə qubalı zadəgan, polkovnik Ağabəy Sadıqov Quba qəzasındakı Xudat adlı kəndini hazırda general-mayor rütbəsində olan Abdulla ağa Bakıxanova dövlət qanunu ilə satmışdır. İkinci sənəd isə Respublika Əlyazmaları İnstitutunda saxlanan general-mayor Abdulla ağa Bakıxanovun görkəmli maarifpərvər Həsən bəy Zərdabiyə yazdığı məktublarıdır. Birinci məktubda – 4 may 1873-cü ildə general Abdulla ağa yazır ki, qəzet nəşr etmək xəbərini eşidəndə sevindim. Sizə mətbəə açmaqdan ötrü min manat vəsait göndərirəm.

24 oktyabr 1873-cü il tarixli ikinci məktubunda isə general-mayor Abdulla ağa Bakıxanov Zərdabiyə bildirir ki, Əkinçi"niçıxartmaq üçün heç şeydən, xüsusilə maddi çətinlikdən çəkinməsin, lazım gələrsə əlavə yenə pul verməyə hazırdır. Qəzetin kütlələrə, xüsusilə Azərbaycan xalqına böyük kömək edəcəyini yaxşı başa düşən general Abdulla ağa Bakıxanov müxtəlif idarələrə müraciət edib "Əkinçi"nin çıxması üçün var qüvvəsi ilə çalışmışdır. Zərdabiyə isə abunəçi toplamaqda çar çinovniklərini "narahat" etməməyi məsləhət görmüşdür. Məktubların məzmunundan məlum olur ki, maarifpərvər Zərdabi ilə general A.Bakıxanov yaxın dost olmuşlar. 19 iyul 1875-ci il tarixli məktubunda o yazırdı:

"Əziz və istəkli Həsən bəy!Sizin məktubunuzu Tiflisdə aldım. Qəzetin nəşri haqqında elan isə Qubada mənə məlum oldu. Ona görə də mən Tiflisdən məktub yazmaq imkanından məhrum oldum. Qubaya gəldikdə öyrəndim ki, Əhməd ağa onları paylamış, bir neçə nüsxəni isə özündə saxlamışdır. Elə burada da öyrəndim ki, elanların paylanması üçün, siz hökumətə müraciət etmisiniz və onların vasitəsi ilə abunəçi toplamısınız. Onu da deməliyəm ki, yuxarı dairələri narahat etməkdənsə qəzetin labüdlüyünü dərk etdirmək yolu ilə abunəçilər axtarmaq daha yaxşı olardı. Onda xeyrini dərk edən xalq könüllü olaraq sizin qəzeti qəbul edərdilər. Qəzet möhkəm zəmin üzrə yayılardı. Nə isə, bu mənim şəxsi mülahizəmdir. Ona görə də sizi vadar etmirəm. Hər halda mən sizin tədbirə kömək etməyə çalışacağam. Allah eləsin ki, müsəlman əhalisi arasında savadlanma geniş yayılsın. Sonra sizin qəzetin sadiq abunəçiləri olacaqdır. O zaman sizin qəzetin xalq kütlələrinə mənfəət gətirəcəyini inamla söyləmək olar.Başladığınız işdə sizə səmimi qəlbdən muvəffəqiyyət arzulayıram. Baxmayaraq ki, ilk vaxtlar bəzi uğursuzluqlar da ola bilər. Yaxşı, olar ki, ruhdan düşməyərək həmişə olduğu kimi xeyirxah işi inamla davam etdirəsiniz.

Sizin sadiq nökəriniz A.Bakıxanov.İki nüsxə göndərin: birini mənim, o birini isə Əhməd ağanın adına". 19 iyul 1875-ci il. Quba.

1877-ci il iyunun 23-də "Əkinçi" qəzeti birinci səhifəsində belə bir elan dərc etmişdi: "Cənab şahzadə sərəskər, Qafqazın ixtiyarında hesab olunan general Abdulla ağa Bakıxanov Bakı quberniyasına gəlib. Quba şəhərində olan zaman Qafqazda zəxmdar (yaralılar – Ş.N.) olan əsgərlər üçün oranın müsəlmanlarından 233 manat siyahı ilə cəm edib, iyun ayının üçündə qubernatora göndərib. Cənab qubernator isə o məbləği və siyahını cənab sərdarın övrətinin qofmeysteri Tolstoya göndərib ki, zəxmdar olanlara məsrəf olunsun". Bakıxanovlar nəslinin sonuncu generalı Abdulla ağa Bakıxanov ömrünün sonlarını Tiflisdə yaşamışdır. O, 1878-ci ildə orada da vəfat etmişdir. Bir nəsildən, bir kökdən qanadlanan üç general oğlumuzun fəaliyyətindən sizə söhbət açdıq. Doğma Azərbaycanımızda belə adlı-sanlı nəsillər çox olub. Onların yetirdiyi sərkərdələr haqqında axtarışlarımızı davam etdiririk. Ümid edirik ki, general oğullarımızın həyatını, döyüş fəaliyyətini öyrənməkdə siz oxucular da bizə kömək edəcəksiniz.

Mənbə

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Abdulla ağa Bakıxanov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Abdulla ağa Bakıxanov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes