მუსეიბ მუსეიბოვი
Quick Facts
Biography
Müseyib Müseyibov (azərb. Müseyib Ağababa oğlu Müseyibov ; d.5 may 1927, Tovuz, Qaraxanlı k. - ö. 4 sentyabr 2011, Bakı) — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi.
Həyatı
Müseyib Müseyibov 1927-ci il may ayının 5-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olmuşdur. Orta və ali məktəbi İkinci dünya müharibəsi illərində bitirmişdir. 1949-cu ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) aspiranturaya daxil olmuş, 1954-cü ildə "Ceyrançölün geomorfologiyası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, 27 yaşında coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.
Fəaliyyəti
1954-cü ildən ADU-nun Fiziki coğrafiya kafedrasında çalışmış, 1955-ci ildə dosent vəzifəsinə seçilmiş və 1960-cı ildən həmin kafedraya rəhbərlik etməyə başlamışdır. Müəllimləri Heydər Əfəndiyev, Məmmədəmin Salayev, Hadı Əliyev, Abdulla Şahbazov və başqalarının əhatəsində elmi fəaliyyətini davam etdirərək, 1963-cü ildə "Orta Kür əyilməsinin geomorfologiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1964-cü ildə professor elmi adı almışdır. Ötən əsrin 70-ci illərindən keçmiş SSRİ Ali Təhsil Nazirliyinin Ali Coğrafiya Təhsili elmi-metodik şurasının (hazırda Rusiya Federasiyasında) üzvü, Azərbaycan SSR Ali Təhsil, sonralar Təhsil Nazirliyi elmi-metodik şurasının sədri kimi fəaliyyət göstərmişdir. 1990-cı ildən BDU-nun Coğrafiya fakültəsinin dekanıdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri üzrə ekspert şurasının üzvüdür. Onun rəhbərliyi ilə 20-dən artıq elmlər doktoru və elmlər namizədi yetişmişdir.
Coğrafiya elmi və onun aparıcı sahələrindən olan landşaftşünaslıq, geomorfologiya və neotektonik hərəkətlərin tədqiqi sahəsində apardığı araşdırmalar təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-nin bir çox respublikalarında, həmçinin Almaniya, Fransa və s. ölkələrdə öyrənilmişdir. 400-dən artıq məqalənin, 9 monoqrafiyanın, 25 kitabın müəllifidir.
Beynəlxalq konfranslarda iştirakı
Dəfələrlə beynəlxalq simpozium, konqres və konfranslarda iştirak etmişdir. 1972-ci ildə Kanadada, 1976-cı ildə isə Moskvada keçirilən Beynəlxalq Coğrafiya Konqresinin, 1980-ci ildə "Palecoğrafiyaya aid sovet" Amerika simpoziumunun, SSRİ Coğrafiya Cəmiyyətinin Qurultaylarının (Lvov, Tbilisi, Bişkek, Leninqrad, Moskva və s.) iştirakçısı olmuşdur. Beynəlxalq məzmunlu elmi-tədqiqatlarını davam etdirmiş, Almaniya, Fransa, Rusiya, Gürcüstan alimlər ilə birgə "Qafqazın geosiyasi xəritəsi" üzərində işləmişdir.
Seçilmiş əsərləri
- Altıağac Təcrübə Bazasında tələbələrin çöl tədris təcrübəsinin təşkili.
Kitabları
- География (учебное пособие для фбитуриентов, учашихя старших классов и предподавателей) Аbiturient, Dtqk, 2008
- Антропогенное трансформация природной среды Южного Кавказа (Tbilisi, Sovstor),
- Türk dünyasının coğrafiyası. XI sinif. Bakı: Təhsil, 2008
- Coğrafiya (abiturientlər üçün proqram toplusu)
Vəfatı
Professor 2011-ci il 4 sentyabr tarixində vəfat etmişdir.