Yaqub Abdullayev

Azerbaijani professor
The basics

Quick Facts

IntroAzerbaijani professor
PlacesAzerbaijan
wasProfessor
Work fieldAcademia
Gender
Male
Birth28 April 1939, Füzuli, Azerbaijan
Death2016 (aged 76 years)
Star signTaurus
Education
Baku State University
The details

Biography


Yaqub Hidayət oğlu Abdullayev — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Azotlu birləşmələr" laboratoriyasının sabiq müdiri, kimya üzrə elmlər doktoru, professor.

Həyatı

Yaqub Hidayət oğlu Abdullayev 1939-cu il aprelin 28-də Füzuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1946-1953-cü illərdə Füzuli rayonundakı B.Sərdarov adına yeddiillik məktəbdə, 1953-1957-ci illərdə Pedaqoji texnikumda təhsilini başa vurduqdan sonra təyinat üzrə İmişli rayonunda Qızılkənd yeddiillik məktəbinin müəllimi işləmişdir. 1957-1959-cu illərdə ordu sıralarında xidmət etdikdən sonra Azərbaycan Elmlər Akademiyası (EA) Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Təcrübə-Sənaye zavodunda operator, 1960-64-cü illərdə isə “Monomerlər kimyası” laboratoriyasında baş texnik vəzifəsində fəaliyyət göstərmişdir. 1961-67-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsinin axşam şöbəsində ali təhsil alan Y.H.Abdullayev 1964-67-ci illərdə mühəndis, 1967-75-ci illərdə kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1967-71-ci illərdə Azərbaycan EA NKPİ-nin qiyabi aspiranturasında təhsil almışdır. 1975-84-cü illərdə NKPİ-nin “Azotlu birləşmələr” laboratoriyasında baş elmi işçi, 1984-2012-ci illərdə həmin laboratoriyanın müdiri vəzifəsində çalışmışdır.

Y.H.Abdullayev 1972-ci ildə “Tsikloheksan karbohidrogenləri ilə zəngin olan benzin fraksiyalarının oksidləşdirici ammonoliz reaksiyasının tədqiqi” mövzusunda namizədlik, 1991-ci ildə isə “Aromatik nitrillərin, onların amin- və amid törəmələrinin alınma üsullarının işlənib hazırlanması və onların əsasında yeni oliqomer məhsulların sintezi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək “Neft kimyası” ixtisası üzrə müvafiq elmi dərəcələrə yiyələnmişdir. 1998-ci ildə həmin ixtisas üzrə professor elmi adı almışdır.

Kimya elmləri doktoru, professor Yaqub Hidayət oğlu Abdullayev 2016-cı il 10 mart tarixində Bakıda vəfat etmişdir.

Elmi istiqamətini

Y.H.Abdullayevin əsas elmi istiqamətini oksidləşdirici ammonoliz üsulu ilə nitrillərin sintezi, nitrillərin amidlərə, aminlərə çevrilməsi və onlardan istifadə etməklə fenolformaldehid oliqomerlərinin modifikasiyası proseslərinin tədqiqi təşkil edir. İlk dəfə olaraq dar benzin fraksiyalarının Mo-V katalizatoru üzərində oksidləşdirici ammonolizindən benzonitrilin, ftalonitril izomerlərinin alınması və tədqiqi bu istiqamətdə görülən işlərdəndir. Benzonitril və tereftalonitrillərdən müvafiq olaraq benzamid və tereftaldiamidin alınması, tereftalonitrilin ammonyak iştirakında birbaşa hidratlaşmasından çox dəyərli məhsul olan tereftal turşusunun alınma üsulunun işlənib hazırlanması Y.H.Abdullayevin uğurlu tədqiqat işlərindən hesab edilə bilər.

Alimin elmi araşdırmalarının nəticəsi olan benzoquanaminlə modifikasiya olunmuş fenolformaldehid oliqomerinin kalium duzu əsasında BM-204, BM-15 markalı bərk sürtkü qələmi kəsici alətlərin istismar müddətini artıran effektli vasitə kimi keçmiş SSRİ-nin 81 müəssisəsində, o cümlədən Ulyanovsk Motor Zavodunda, Krasnoyarsk Metallurgiya Zavodunda, Ufa “Geofizcihaz” İstehsalat Birliyində, Orşansk Alət Zavodunda, Kazanbulaq Teatr Avadanlığı Zavodunda, Perm “AVİA Zavod” İstehsalat Birliyində, Kazan “Vertolyot” İstehsalat Birliyində və s. müəssisələrdə tətbiq olunaraq külli miqdarda iqtisadi səmərə vermişdir. Onun bilavasitə rəhbərliyi altında sintez olunmuş benzoquanaminlə funksionallaşdırılmış fenolformaldehid oliqomerinin sulfolaşma məhsulunun kalium duzu beton qarışıqları üçün keyfiyyətli superplastifikator kimi praktiki əhəmiyyətə malik olmuşdur. Gəncə “Yağ-piy” kombinatının tullantısı əsasında reagentin davamlı neft emulsiyalarının dağıdılması məqsədilə tətbiqi nəticəsində müsbət nəticələr əldə edilmişdir. Benzoquanaminlə modifikasiya olunmuş alkilfenolformaldehid oliqomerinin kalium duzu əsasında alınmış “Freonsuz sürtkü yağı” Bakı Kondisioner Zavodunda uzun müddət istifadə edilmişdir.

Elmi fəaliyyəti

Elmi fəaliyyətinin son illərində Y.H.Abdullayev benzilamin, benzamid, benzoquanaminlə funksionallaşdırılmış rezol və novolak tipli fenolformaldehid oliqomerlərinin sintezi, çevrilmələri və tədqiqi istiqamətində elmi işlərin aparılması ilə məşğul olmuşdur. Bu sıradan olan azot saxlayan fenolformaldehid oliqomerlərinin yüksək effektli korroziya inhibitorları, ötürücü qayışların hazırlanmasında istifadə olunan rezin qarışıqlarına əlavələr, kompozisiya materiallarında əlaqələndiricilər, mədəni-məişət və təsərrüfat təyinatlı məmulatlar və s. kimi tətbiqinə dair tövsiyələr verilmişdir.

Elmi Tədqiqatları

Y.H.Abdullayevin rəhbərliyi altında 1 elmlər doktoru, 5 elmlər namizədi hazırlanmışdır.

Elmi – təşkilati fəaliyyəti

1992-2012-ci illərdə AMEA NKPİ-nin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü olmuşdur.

Təltiflər

O, 1989-ci ildə SSRİ-nin Kimya Sənayesi Nazirliyinin “Kimya Sənayesinin Əlaçısı” nişanı ilə təltif edilmişdir.

Əsas elmi əsərlərin adları

Y.H.Abdullayev ümumilikdə 165 elmi əsərin, o cümlədən 35 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir.

  1. Сеидов Н.М., Aбдуллаев Я.Г., Гусейнова Г.А., Мустафаев A.M., Aсланов A.Ф., Алиева Н.M., Гусейнова М.Б. ”Исследование модифицированных каталитических систем на основе металлического алюминия и четырёххлористого углерода.”Журнал “химических проблем”, 2005, №2, с.12-17.
  2. Abdullayev Y.H.,İbrahimov S.İ.”Sinergetik effektli yeni kompozisiyanın deemulsasiya qabiliyyətinin müxtəlif neft nümunələrində tədqiqi”.Azərbaycan neft təsərrüfatı, 2006 il, №12,səh.36
  3. Əzizov A.H.,Abdullayev Y.H.,Ibrahimov S.İ. Deemulqator.Patent 220090098 21/V-2009
  4. Амирасланова М.Н., Абдуллаев Я.Г., Гусейнова Г.А., Алиева Н.М., Рустамов Р.А., Мустафаев А.М. «Влияние азотсодержащих фенольных олигомеров на вязкостно-температурные характеристики базового моторного масла». Журнал «Химия и технология топлив и масел», 2011, №5, s. 47-50.
The contents of this page are sourced from Wikipedia article on 21 Apr 2020. The contents are available under the CC BY-SA 4.0 license.