Yalcin Afandiyev

Russian professor
The basics

Quick Facts

IntroRussian professor
PlacesRussia
isProfessor
Work fieldAcademia
Birth25 January 1971, Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age53 years
Star signAquarius
The details

Biography

Yalçın Əfəndiyev (Əfəndiyev Yalçın Rafiq oğlu; d. 1971. Bakı, Azərbaycan SSR, SSRİ) — Professor. Hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru Texas Aqrar‑Texniki Universitetinin hesablama elmləri kafedrasının müdiri.

Həyatı

Əfəndiyev Yalçın Rafiq oğlu 1971-ci il yanvarın 25-də Bakıda anadan olub. Əslən Qazax rayonundandır. Bakının 82 nömrəli orta məktəbində oxuduğu zaman riyaziyyat üzrə Respublika olimpiadasında iki dəfə uğurla çıxış edərək 1987-ci ildə I dərəcəli diplom, 1988-ci ildə isə riyaziyyat üzrə məktəblilərin Ümumittifaq olimpiadasında II dərəcəli diplomunu alıb. Məktəbi qızıl medalla bitirmişdir. 1993-cü ildə M.V.Lomonosov adına MDU-nun mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. ABŞ-də təhsilini davam etdirərək 1999-cu ildə Kaliforniya Texnologiya İnstitutunda hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru alimlik dərəcəsini alıb. Minnesota Universiteti nəzdində Tətbiqi Riyaziyyat İnstitutunda (ABŞ, Minnesota ştatı) ikiillik postdoktorluq təcrübəsindən sonra Y.Əfəndiyev 2001-ci ildə Texas Aqrar-Texniki Universitetində (Texas A&M University) professor assistenti olub. 2008-ci ildə ona professor adı verilib. Elə həmin il Texas A&M. Universiteti nəzdində Elmi-Hesablama İnstitutunun direktoru vəzifələrini icra edib, 4 ildən sonra isə həmin institutun direktoru olub. O, 2012-ci ildə Texas A&M Universitetində hesablama elmi kafedrasının müdiri vəzifəsinə təyin olunub.

Y.Əfəndiyev bir sıra mükafatın sahibidir: Fraunqofer-Bessel mükafatı (Aleksandr Humboldt Fondu tərəfindən təsis edilib), ən görkəmli dissertasiya işinə görə Kaliforniya Texnoloji Universiteti tərəfindən təqdim olunan “W.P Carey” mükafatı. O, müxtəlif nüfuzlu elmi-tədqiqat jurnallarının redaksiya heyətlərinin üzvü, həmçinin “SIAM Multiscale Modeling and Simulation”, “Geomathematics”, “DCDSB”, “Numerical Mathematics”, “International Journal for Uncertainty Quantification” jurnallarında redaktor köməkçisi, “Vıçislitelnaya i prikladnaya matematika” jurnalının baş redaktorudur. Bundan başqa, alim bir neçə peşəkar təşkilatın - SIAM, AMS, InterPore, SPE-nin üzvüdür.

Çoxsaylı məqalələrin müəllifi, bir sıra beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır.

İstinadlar

Mənbə

  • Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.
The contents of this page are sourced from Wikipedia article on 21 Jun 2024. The contents are available under the CC BY-SA 4.0 license.