Biography
Lists
Also Viewed
Quick Facts
Places | Azerbaijan |
Birth | 25 March 1948, Sabirabad District, Azerbaijan |
Age | 76 years |
Star sign | Aries |
Biography
Qurbanov Vaqif Ağayar oğlu – “Muğansutikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri "Tərəqqi" medalı (2011) Əməkdar Mühəndis (2017)
Həyatı
Qurbanov Vaqif Ağayar oğlu 25 mart 1948-ci ildə Sabirabad rayonunun Xutor kəndində anadan olmuşdur. 1954-cü ildə həmin kənddə dörd illik məktəbə daxil olmuş, 1965-ci ildə Sabirabad rayonunun Qaratəpə (keçmiş Pakrovka) kənd 10 illik orta məktəbini bitirmişdir.
1965-ci ilin sentyabr ayından 1966-ci ilin iyul ayına kimi Sabirabad rayonunun Lenin adına kolxozunda işləmiş, 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin “Sənaye və mülki tikinti” şöbəsinə daxil olmuş, 1971-ci ildə həmin institutu bitirərək “inşaat mühəndisi” ixtisasını almış və təyinatla Meliorasiya və Su Qurğularının Tikintisi Baş İdarəsinin (Qlavazmeliovodstroy) Sabirabaddakı “Muğanmeliosutikinti” trestinə göndərilmişdir.
V.A. Qurbanov 1971-1975-ci illərdə “Muğanmeliosutikinti” trestinin 10 nömrəli SMD-də, İstehsalat Texniki Komplektləşdirmə İdarəsində və Salyan şəhərində yerləşən 9 nömrəli SMD-də iş icraçısı, Əli-Bayramlı şəhərindəki 16 nömrəli Tikinti Quraşdırma İdarəsində iş icraçısı və sahə rəisi vəzifəsində işləmişdir.
O, 1975-1980-ci illərdə həmin trestin 32, 9 və 8 nömrəli SMD-nin rəisi və “Muğansutikinti” trestinin baş mühəndisi, 1980-1984-cü illərdə “Cənubmuğansutikinti” trestinin müdiri vəzifəsində çalışmışdır.
Vaqif Qurbanov 1984-cü ilin fevral ayından hal hazıra kimi “Muğansutikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır.
O, 2006-2010-cu illərdə həm də “Azərsutikinti” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır.
Ölkə inşaat kompleksində işlədiyi 45 il ərzində Muğan-Salyan zonasının - Neftçala, Salyan, Cəlilabad, Biləsuvar, Saatlı, İmişli, Sabirabad, Şirvan və Hacıqabul rayonlarında xalq təsərrüfatının bütün sahələrində qarşıya qoyulmuş dövlət tikinti işlərinin istər keyfiyyət və istərsə də vaxtında istismara verilməsində bir inşaatçı-mühəndis rəhbər kimi özünü göstərmişdir.
V.A. Qurbanov bütün əmək fəaliyyəti dövründə uğurlar qazanmışdır. Onun rəhbərliyi altında bu rayonlarda saysız-hesabsız inzibati binalar, yaşayış evləri, uşaq baxçaları, banklar və məktəblər, on min hektarlarla torpaqlarda kompleks meliorasiya işləri gorülmüşdür. O, 50-dən artıq səmərəli təkliflərin müəllifidir.
O, Muğan-Salyan zonasının aqrar sənayenin tikintisinin inkişafında həyata keçirilən mühüm əhəmiyyətli islahatlarda yaxından iştirak etmişdir. Təkcə onu deyək ki, respublikamızda meliorasiya və irriqasiya sahəsində görülən işlər arasında mühüm əhəmiyyət kəsb edən Baş Mil-Muğan Kollektorunun hər üç kompleksinin tikintisini “Muğansutikinti” Açıq Səhmdar Cəmiyyətinin inşaatçıları Vaqif Qurbanovun rəhbərliyi altında həyata keçirib və son üçüncü kompleks 2006-cı ilin may ayında istifadəyə verilib.
Baş Mil-Muğan Kollektorunun 3 hissəsinin istismara verilməsi Sabirabad, Saatlı, İmişli rayonlarının 60 min hektar suvarılan torpaqlarının meliorativ vəziyyətinin yaxşılaşdırılmasına şərait yaratmışdır, Saatlı və Kürdəmir rayonları arasında qısa avtomobil yolu istismara verilmişdir. BMMK-ın üzərində 30 avtomobil körpüsü, 58 müxtəlif hidrotexniki qurğu, Araz çayı altından keçən düker, 143 km istismar yolları və sair qurğular vardır.
Vaqif Ağayar oğlu Qurbanov aqrar sahənin inkişafındakı fədakar əməyinə, tikinti komleksindəki uğurlarına və səmərəli əmək fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2011-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Rəhbərliyi altında tikilmiş obyektlər
1985-1991-ci illərdə üzümçülük bağlarının salınması məqsədi ilə Navahı üzümçülük sovxozunda (I,II,III növbə) və Pirsaat massivində geniş miqyaslı yeni suvarılan sahələr; 1984-cü ildə tikintisinə başlanmış Baş Şirvan kollektorunun yenidən qurulması; Mil-Qarabağ kollektorunun Baş Mil-Muğan kollektoruna birləşdirilməsi; 1993-cü ildə xarici invenstisiya hesabına tikintisi aparılan obyektlərlə bərabər 1998-ci il daxil olmaqla Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının hər il bütün kolxoz və digər təsərrüfatlarında, habelə balıqçılıq obyektlərində tikinti-quraşdırma işləri; Azərbaycan Suvarma və drenaj infrastrukturlarının qurulması və yaxşılaşdırılması məqsədi ilə Xanarx kanalının tikilməsi; Konsersium üzvü kimi “Muğansutikinti” ASC-nə ayrılmış Samur-Abşeron Magistral kanalının ilk 27 km-nin yenidən qurulması; Paket-3 obyektində tikinti-quraşdırma işləri; Xanarx kanalının II mərhələsinin 29,7 km tikinti obyektində irili-xırdalı 47 ədəd hidrotexniki qurğular; Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-ci il tarixli 298 saylı Sərəncamına əsasən Cəbrayil və Zəngilan köçkünləri üçün (1858 ailə) Biləsuvar rayonu ərazisində ayrılmış əkin sahələrinin irriqasiya işlərinin yerinə yetirilməsi və irriqasiya işləri cəmi 2000 hk olmaqla 1589,55 hk suvarılan torpaq sahələrinin istismara verilməsi; Biləsuvar rayonu Çıraqlı kəndi ərazisində torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması ilə əlaqədar fermer və pay torpaqları olmaqla 400 hektar ərazidə meliorasiya işləri; 10650 km su yığıcı kollektorun yenidən qurulması və bu drenlər üzərində 5 ədəd akveduk, 6 ədəd körpü tikintisi; Füzuli rayonu ərazisində “Yuxarı Mil kanalının tikintisinin davam etdirilməsi layihəsinin tərkib hissəsi olan Qayıdış-2 qəsəbəsi əhalisi üçün 137 hk sahəyə su verilməsi işləri; respublika əhəmiyyətli tikinti işləri olan “Bəhrəmtəpə Baş Hidroqovşağının Bərpası və Müasirləşdirilməsi; “Cəlilabad rayonunda Göytəpə su anbarı tikintisinin davam etdirilməsi və suvarma-drenaj şəbəkəsinin bərpası” 681,34 hk ərazidə suvarma şəbəkələrinin yenidən-qurulması işləri; Su mənbəyini Göytəpə su anbarından götürməklə 7140 pm metal boru kəməri tikilməsi, ümumi su tutumu 4,2 mln.m³ olan su anbarının bərpası, nasos stansiyanın yenidən qurulması, su qulləsinin yenidən tikintisi, qəza su tullayıcı, körpü tikintisi və onlarca irili-xırdalı qurguların bərpa edilərək istismara verilməsi; həmçinin respublika büdcəsinin vəsaiti hesabına “Biləsuvar rayonunun sərhəd ərazilərində suyığıcı kollektorun tikilməsi və Əzizbəyov adına kollektorun yenidən qurulması”; “Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasının təmin edilməsi məqsədilə tədbirlərin görülməsi”; “Neftçala Magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi”; “Kür-Araz çayları boyunca mövcud mühafizə bəndlərinin möhkəmləndirilməsi və hündürləndirilməsi” obyektlərində meliorasiya işləri; Taxtakörpü Su Anbarı ilə Ceyranbatan su anbarı arasında yeni kanalın tikintisi və Pirsaat su anbarının lildən əsaslı təmizlənməsi (yenidən qurulması) və sair.
Ailəsi
Ailəlidir, bir oğlu, iki qızı, beş nəvəsi var.
Atası Ağayar Qurbanov torpaq, əkin biçin adam olmuşdur. 5 yaşında ikən valideyenlərini itirən Ağayar Qurbanov 15 yaşı olanda traktorun sükan arxasında əyləşən ilk mexanizator olmuş və onun şanlı əmək yolu belə başlamışdır. 1960-1970-ci illərdə Ağayar Qurbanovun adı, işi, fəaliyyəti respublikada dərc edilən bütün qəzetlərin sevimli mövzusuna çevrilmişdi.
Vəzifə, şan-şöhrət pilləsinə öz qabiliyyəti, fərasəti, tükənməz əzabkeşliyi sayəsində yüksəlmişdi. Ömrünün sonuna kimi sədr işləmiş Ağayar Qurbanov dövrünün ən yüksək orden və medallarına layiq görülüb. SSRİ Ali Sovetinin deputatı seçilib, Sovet İttifaqı Kommunist Partiyasının XXIII qurultayının, kolxozçuların III Ümumittifaq Qurultayının nümayəndəsi, Ümumüttifaq kolxozçuların Ali Şurasının üzvü olub.
Ağayar Qurbanovun ocağından həyata atılanlar onun adını yerə vurmayıb, əksinə, daha hörmətli-izzətli edib, göylərə qaldırıblar.
Mükafatları
Vaqif Qurbanov Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
03 iyun 2017-ci il tarixdə Qurbanov Vaqif Ağayar oğlu Azərbaycan Respublikasında su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə “Əməkdar Mühəndis” fəxri adı ilə təltif edilmişdir.