Tural Mustafayev

acteur
The basics

Quick Facts

Introacteur
isActor
Work fieldFilm, TV, Stage & Radio
Gender
Male
Birth28 August 1980
Age44 years
The details

Biography

Tural Mustafayev (28 avqust 1980 Bakı) — Azərbaycan teatr rejissoru.

Həyatı

28 avqust 1980–ci ildə Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Pantomima Teatrında, Gənc Tamaşaçılar Teatrında və Rus Dram Teatrında aktyor işləyib. “YUĞ” teatrının rejissoru olub. 2011-2017-ci illərdə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru olub. Bir sıra Beynəlxalq festivallarda iştirak edib.

Lənkəran Dövlət Dram Teatrının "Ruhlar" tamaşasının Bakı qastrolu üçün hazırlanmış afişası. Quruluşçu rejissor: Tural Mustafayev

Quruluş verdiyi əsərlər

  • Ə.Haqverdiyev “Yeyərsən qaz ətini, bilərsən ləzzətini”
  • A.Puşkin “Qızıl xoruz”
  • Ə.Haqverdiyev “Şah”
  • M.F.Axundov “Lənkəran xanın vəziri”
  • Xanım “Yeni il nağılı”
  • E.Voyniç “Ovod”
  • A.Nikolayi “Qızıl qəfəs” və başqaları.

6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.

  • Aktrisa Almaz Mustafayevanın oğludur.

Filmoqrafiya

  1. Bir anın həqiqəti (film, 2003)
The contents of this page are sourced from Wikipedia article on 18 Aug 2019. The contents are available under the CC BY-SA 4.0 license.