Toyokiçi Harada (原田豊吉, Harada Toyokiçi, 1 yanvar 1861, Edo – 2 dekabr 1894) – Yaponiya geoloqu və paleontoloqu. O, Yaponiyanın ilk müasir geoloqu hesab olunur. "Yaponiya geologiyasının atası" olan Edmund Naumanın tələbəsi və davamçısı olmuşdur.
Həyatı
Toyokiçi Harada 1859-cu ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. 1874-cü ildə təhsil almaq məqsədilə Almaniyaya getmiş və Friburq Universitetində geologiya, mineralogiya və paleontologiya dərsləri almışdır. 1880-ci ildə Almaniyanın Heydelberq Universitetində paleontologiya sahəsində ixtisaslaşmışdır. Alp dağlarında geoloji tədqiqatlarla məşğul olduqdan sonra 1883-cü ildə Yaponiyaya qayıtmış və Daxili İşlər Nazirliyinə daxil olmuşdur.
Harada Tokio Universitetində geologiya üzrə professor olmuş, eləcə də, fosillər haqqında dərslər demişdir. O, bir çox geoloji tədqiqat aparmış və Yaponiyanın geoloji mənşəyini öyrənməyə çalışmışdır. Edmund Nauman ilə Yaponiyanın geoloji quruluşu haqqında debatlar aparmışdır. 1891-ci ildə növbəti dəfə Avropaya səyahət etmiş, lakin yolda xəstələnərək ölmüşdür.
Ədəbiyyat