Tamara Akhmedova

Linguist and professor
The basics

Quick Facts

IntroLinguist and professor
PlacesAzerbaijan
wasLinguist
Work fieldLiterature Social science
Gender
Female
Birth27 December 1924, Agdash, Agdash District, Azerbaijan
Death24 February 2012 (aged 87 years)
Star signCapricorn
The details

Biography

Tamara Əhmədova - Pedaqoji elmlər namizədi (1954), dosent (1961).

Həyatı

Əhmədova Tamara Rəsul qızı 27 dekabr 1924-cü ildə Ağdaş şəhərində anadan olub.

1947-ci ildə V.İ.Lenin ad. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki APU) bitirib.

1947-ci ildən V.İ.Lenin ad. ADPİ-də alman dili müəllimi işləyib.

1954-cü ildə Moskvada namizədlik dissertasiyası müdafiə edib.

1954-cü ildən V.İ.Lenin ad. APİ xarici dillər kafedrasında alman dili müəllimi.

1961-ci ildən dosent, xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi, 1971-ci ildən isə dosenti olmuşdur.

Maarif Nazirliyi yanında Elmi-Metodik Şuraya 10 ildən çox rəbərlik etmişdir. Eyni vaxtda orada alman dili üzrə metodist-inspektor işləmişdir.

1994-cü ildən qəbul komissiyası yanında ekspert və seminar rəhbəridir.

50-dən çox elmi-praktik məqalənin, proqram və vəsaitlərin müəllifi, azərbaycandilli ümumtəhsil məktəbləri üçün alman dili üzrə bir çox dərsliklərin müəllifi və redaktorudur. "Məktəblinin almanca-azərbaycanca lüğəti"nin rəhbəri və redaktorudur (2001).

"Xalq maarifi əlaçısı" döş nişanı (1971), "Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif edilmişdir.

Üç övladı var. Azərbaycan, rus, alman, inglis dillərini bilib.

24 Fevral 2012-ci il tarixində vəfat etmişdir.

Kitabları

  • Alman dili. 5-ci sinif üçün. Əhmədova T., Zeynalova İ.. Nəşriyyat: Maarif, Bakı, 1965. Səhifə: 178. Dil: . Mövzu: Ədəbiyyatşünaslıq. Bədii ədəbiyyat. Dil. Ritorika Bakı Dövlət Universiteti . Kod: Ş 143.24 43 ( Ə96 ).
  • Alman dili. 7-ci sinif üçün. Əhmədova T., Pepinova S., Səmədzadə Ə. Abutalıbova L.. Nəşriyyat: Maarif, Bakı, 1964. Səhifə: 0. Dil: . Mövzu: Ədəbiyyatşünaslıq. Bədii ədəbiyyat. Dil. Ritorika Bakı Dövlət Universiteti . Kod: Ş 143.24 43 ( Ə96 ).
  • Alman dili. 7-ci sinif üçün. Əhmədova T., Pepinova S., Səmədzadə Ə.. Nəşriyyat: Maarif, Bakı, 1965. Səhifə: 152. Dil: . Mövzu: Ədəbiyyatşünaslıq. Bədii ədəbiyyat. Dil. Ritorika Bakı Dövlət Universiteti . Kod: Ş 143.24 43 ( Ə96 ).
  • Alman dilində imla və ifadələr məcmuəsi. Əhmədova Tamara. Nəşriyyat: Maarif, Bakı, 1967. Səhifə: 88. Dil: . Mövzu: Ədəbiyyatşünaslıq. Bədii ədəbiyyat. Dil. Ritorika Bakı Dövlət Universiteti . Kod: Ş 143.24 43 ( Ə96 ).
  • Əhmədova T.R. Deutsch.-B.: Maarif, 1991.-176 s.; 20 sm. - ISBN 5-556-00415-3.-50 q., 3500 nüs.-(91-213)

Mənbə

  • "Azərbaycan Qadınları" Ensiklopediyasınnan 3-cü hissəsi. XXİ ƏSR "Azərbaycan Qadınları" hissə 3 © "Мир Женщины" - 2003 Bakı, Azərbaycan.
The contents of this page are sourced from Wikipedia article on 05 Jul 2020. The contents are available under the CC BY-SA 4.0 license.