Tahir Tahirov

pintor azerbaixanu
The basics

Quick Facts

Intropintor azerbaixanu
PlacesAzerbaijan Russia
isPainter
Work fieldArts
Gender
Male
Birth30 May 1948, Baku
Age76 years
The details

Biography

Tahir Rəşid oğlu Tahirov (d. 30 may 1948) — Teatr rəssamı, rəngkar, Azərbaycanın xalq rəssamı (2002).

Həyatı

T.Tahirov 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. O, müxtəlif vaxtlarda Akademik Milli Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında, Dövlət Rus Dram Teatrında bir çox tamaşaların bədii həllini vermişdir. O, bir müddət Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rəssam vəzifəsində çalışmışdır. T.Tahirov Opera və Balet Teatrının səhnəsində F.Əmirovun "Sevil", "Min bir gecə", "Nizami", C.Verdinin "Travita" operalarına, Donisettinin "Arlekinada", P.İ.Çaykovskinin "Romeo və Cülyetta", T.Bakıxanovun "Xəzər balladası", X.Mirzəzadənin "Ağ və Qara", Q.Qarayevin "Leyli və Məcnun", "Don Kixot" baletlərinin səhnə tərtibatının və geyim eskizlərinin müəllifidir. T.Tahirov bir çox dövlət əhəmiyyətli tədbirlərin quruluşçu rəssamı olmuşdur. Onların sırasında Qanlı Yanvar hadisələrinin ildönümü, M.Dilbazi, S.Vurğun, Ə.Əliyev, Füzuli, Prezidentin and içmə mərasimi və başqaları vardır. 30 may 2002-ci ildə əməkdar rəssam, 25 iyun 2013-cü ildə xalq rəssamı adına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Babək (film, 1979)
  2. Şeytan göz qabağında (film, 1987)
  3. Yoxlama (film, 2006)
  4. Cavad xan (film, 2009)
  5. Sübhün səfiri (film, 2012)
  6. Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
The contents of this page are sourced from Wikipedia article on 23 Jul 2019. The contents are available under the CC BY-SA 4.0 license.