Shayr Almammad

The basics

Quick Facts

PlacesArmenia
Gender
Male
Birth1800, Azat, Gegharkunik Province, Armenia
Death1868Azat, Gegharkunik Province, Armenia (aged 68 years)
Family
Children:Ashig Alasgar Choban Mahammad
The details

Biography

Şair Alməmməd (1800–1868) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası.

Həyatı

Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış.

Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür.

Yaradıcılığı

Alməmmədin qoşduğu, çox incə mətləblərə toxunan düşündürücü şeirləri olmuşdur. "Görmədim" divanisini M. P. Vaqif üslubunda söyləmişdir:

Dünya, sənin gərdişinlə başa vuran görmədim, Qəhr oldu aləm, qəhr işindən, can qurtaran görmədim. Bilmirəm ki səbəb nədi, şadı qəmgin eylədin?
Abadanı viran qoydun, artdı haran görmədim.

Kəsilməz mürdə karvanı, qəflə işlər, köçər gedər, Nə İmranlar nakam qoydun, didəsindən yaş gedər. Yetmiş iki millət var, əli səndən boş gedər!
Yanısınca malı-dövlət, pul aparan görmədim.

Alməmmədəm, bu dünyada bir nişanam qalmadı, Getdi əldən qohum-qardaş, atam, anam qalmadı. Süleyman tutdu dünyanı, dedi: mənəm, qalmadı. Bir kəs ilə heç düz ola sənin aran görmədim.

El şairi Alməmmədin "Görmədim"lə yanaşı, "İnsan", "Şirinşirin" rədifli daha iki qoşması da oxuculara tanışdır

Şəcərəsi

  • Heydər
    • Əbdüləzim
      • Təhməz
        • Talıbxan
          • Allahverdi
            • Alməmməd

Ailəsi

Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış.

Mənbə

The contents of this page are sourced from Wikipedia article on 28 Mar 2024. The contents are available under the CC BY-SA 4.0 license.