Shahriyar Gasimov

Junior sergeant of the Azerbaijani Armed Forces, Martyr of the 2nd Karabakh war
The basics

Quick Facts

IntroJunior sergeant of the Azerbaijani Armed Forces, Martyr of the 2nd Karabakh war
PlacesAzerbaijan
wasMilitary personnel
Work fieldMilitary
Gender
Male
Birth7 November 1995, Hüseynbəyli, Barda District, Azerbaijan
Death26 October 2020Gubadly District, Azerbaijan (aged 24 years)
Star signScorpio
Awards
Medal "For their homeland"2020
For the Liberation of Khojavend Medal2020
The details

Biography

Şəhriyar Vəzir oğlu Qasımov (7 noyabr 1995, Hüseynbəyli, Bərdə rayonu26 oktyabr 2020, Qubadlı rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Şəhriyar Qasımov 7 noyabr 1995-ci ildə Bərdə rayonu Hüseyinbəyli kəndində anadan olmuşdur. 2002-2013-cü illərdə Bərdə rayonu Musa Vəliyev adına Böyük Qacar kənd orta məktəbində və Bakı şəhər Binəqədi rayonu Şəhid Rövşən İmanov adına 205 saylı orta məktəbdə təhsil almışdır. 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Binəqədi rayonu filialında çalışıb.

Hərbi xidməti

2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidmətə Tovuz rayonunda yerləşən N saylı hərbi hissələrdən birində başlamışdır. Xidmət dövründə fərqləndiyinə görə ona kiçik çavuş rütbəsi verilmişdir. 2015-ci ildə hərbi xidmətini uğurla başa vurmuşdur.

İkinci Qarabağ müharibəsində iştirakı

Azərbaycan Ordusunun kiçik çavuşu olan Şəhriyar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanıFüzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Şəhriyar Qasımov oktyabrın 26-da Qubadlının azad edilməsi zamanı qəhrəmancasına həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Qasımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

  • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
  • (24.06.2021) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)
The contents of this page are sourced from Wikipedia article on 23 Sep 2023. The contents are available under the CC BY-SA 4.0 license.