Rita Amirbayova

Azerbaijani actress
The basics

Quick Facts

IntroAzerbaijani actress
PlacesAzerbaijan
isActor
Work fieldFilm, TV, Stage & Radio
Gender
Female
Birth30 August 1955, Baku, Russian Empire
Age69 years
Star signVirgo
Education
Azerbaijan State University of Culture and Arts
The details

Biography

Rita Cəmil qızı Əmirbəyova (d. 30 avqust 1955) - Azərbaycan aktrisası.

Həyatı

Rita Əmirbəyova 30 avqust 1955-ci ildə Bakıda anadan olub. O, 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini (Cənnət Səlimovanın kursunu) bitirmişdir.

Fəaliyyəti

Rita Əmirbəyova 1978-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır. Aktrisa teatr səhnəsində yaratdığı müxtəlif taleli qadın obrazlarının daxili sarsıntısını və psixoloji vəziyyətlərini nümayiş etdirə bilir. O, "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi kinofilmlərə də çəkilmişdir.

Ad və mükafatlar

  • Azərbaycan Respublikasının Əməkdar Artisti (1991)
  • Azərbaycan Respublikası Prezidentinin mükafatı (2006)
  • Azərbaycan Respublikası Prezidentinin mükafatı (1 may 2017)
  • Azərbaycan Respublikası Prezidentinin mükafatı — 10 may 2019-cu il
  • Azərbaycan Respublikası Prezidentinin mükafatı — 7 may 2020-ci il

Teatroqrafiya

  1. Aysidora Dunkan (Z.Saqalov "Aysidora Dunkan")
  2. Emi Qosuil (Q.Qorin "Dördüncü Kin")
  3. Təhminə (Anar "Təhminə və Zaur")
  4. Ametistova (N.Ptuşkina "Əvvəlcədən ödəmə")
  5. Tereza (İ.Jamiak "Azaliya")
  6. Meqqi (B.Sleyd "Şərəfləndirmə")
  7. Oluen Piil (D.Pristli "Səmimi, kiçicik məclis")
  8. Qadın (Elçin "Qatil")

Filmoqrafiya

  1. Əgər bir yerdəyiksə (film, 1975)(tammetrajlı bədii film)(rol: Solmaz)
  2. Ad günü (film, 1977)(tammetrajlı bədii film)
  3. Bir ailəlik bağ evi (film, 1978)(tammetrajlı bədii film)
  4. Təxribat (film, 1990)(tammetrajlı bədii film)(rol: Rəna)
  5. Ovsunçu (film, 2002)(tammetrajlı bədii film)
  6. Kədərim (film, 2015)(qısametrajlı bədii film)(rol: ana)
The contents of this page are sourced from Wikipedia article on 08 May 2020. The contents are available under the CC BY-SA 4.0 license.