Razi Safarov

The basics

Quick Facts

PlacesAzerbaijan Russia
isAthlete Martial artist Judoka
Work fieldSports
Gender
Male
Birth6 June 1981, Cəhri, Babek District, Nakhchivan Autonomous Republic, Azerbaijan
Age43 years
Star signGemini
Education
Moscow State Agro-Engineering UniversityMoscow, Moscow Governorate, Russia
University of NorthWestUniversity of NorthWest
The details

Biography

Razi Səfərov (6 iyun 1981, Cəhri, Babək rayonu) — azərbaycanəsilli cüdoçu, cüdo üzrə görmə məhdudiyyətləri olan şəxslər arasında dünya çempionu. Hal-hazırda "İnterpol"da axtarışdadır.

Həyatı

Razi Səfərov 6 iyun 1981-ci ildə Azərbaycan SSR-də, Naxçıvan MSSR-nin Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Onun Azərbaycan və Rusiya vətəndaşlığı var. Səfərov 2006-cı ilə qədər Rusiya millisində çıxış etmişdir. O, 2006-cı ildə görmə qabiliyyətini qismən itirmişdir.

2010-cu ildə Kocaeli Böyükşəhər Bələdiyyəsinin "Kağıtspor" komandasına transfer olmuş və Türkiyənin görmə məhdudiyyətli cüdo milli komandasının düşərgələrində partnyor idmançı kimi iştirak etmişdir. O, görmə məhdudiyyətləri olan şəxslər arasında cüdo üzrə dünya çempionu olmuşdur. Səfərov 2011-ci ildə Türkiyə millisində oynamaq üçün Türkiyə vətəndaşlığını almağa çalışmışdır. O, bu zaman Kocaelidə olarkən siyasi sığınacaq istəmiş və bildirmişdir ki, digər ölkələrdən təkliflər olsa da, Türkiyə adına yarışmaq istəyir. Türkiyə Gözdən Əlil İdmançılar Cəmiyyətinin rəhbəri Abdullah Çətin ona dəstək versə də, onun bu istəyi Türkiyə İdman Nazirliyi tərəfindən rədd edilmişdir.

2013-cü ilin aprel ayında Bakının Nərimanov Rayon Məhkəməsi Səfərovu "vəzifə səlahiyyətlərindən sui-istifadə və sənədlərin saxtalaşdırılması ilə bağlı cinayətdə iştirak etmək"də təqsirli bilmişdir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə axtarışa verilmişdir. Çox keçməmiş, Azərbaycanın hüquq-mühafizə orqanları Razı Səfərov haqqında eyni ittiham ilə "İnterpol"da beynəlxalq axtarış elan etmişdir. Səfərov hal-hazırda Rusiyada yaşayır.

The contents of this page are sourced from Wikipedia article on 07 Apr 2024. The contents are available under the CC BY-SA 4.0 license.