Rauf Məhəmməd oğlu Munçayev ( d. 23 sentyabr 1928, Zaqatala rayonu) — tarixçi-alim, 2000-ci ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru, Qafqaz və Yaxın Şərqin qədim mədəniyyəti və tarixi, arxeologiyası üzrə mütəxəssis, 1991-2003-cü illərdə Arxeologiya İnstitutunun direktoru, Rusiya EA-nın müşaviri, tarix elmləri doktoru, professor.
Fəaliyyəti
- 1928-ci il 23 sentyabr tarixində Zaqatala şəhərində anadan olub.
- 1953-1955-ci illərdə SSRİ EA-nın Dağıstan filialının Ədəbiyyat, Dil və Tarix İnstitutunda işləyib.
- 1960-1964-cü illərdə “Sovet Arxeologiyası” jurnalının məsul katibi olub.
- 1968-1991-ci illərdə SSRİ EA-nın Arxeologiya İnstitutunun əməkdaşı kimi kiçik elmi işçi, böyük elmi işçi və direktor müavini vəzifələrini icra edib.
- 1971-ci ildən tarix elmləri doktorudur.
- 1985-1999-cu illərdə tarix elmləri üzrə AAK-nın ekspert şurasının üzvü olub.
- 1985-ci ildən Alman Arxeoloji İnstitutunun müxbir üzvüdür.
- 1986-cı ildə professor elmi adını almışdır.
- 1987-1999-cu illərdə tarixə qədərki dövrün tarixçilərin beynəlxalq ittifaqının icraedici komitəsinin və daimi şurasının üzvüdür.
- 1990-ci ildən Afrika və Şərq İtalyan İnstitutunun müxbir üzvüdür.
- 1991-2003-cü illərdə Arxeologiya İnstitutunun direktoru vəzifəsini icra edib.
- 1994-cü ildən İctimai və humanitar elmlər üzrə Rusiya EA-nın Koordinasiya Şurasının üzvüdür.
- 1995-2006-cı illərdə Rusiya EA-nın Tarix Elmləri (sonralar Tarix və Filologiya elmləri) Bölməsininin Büro üzvü olub.
- 2000-ci il 26 may tarixindən Rusiya Elmlər Akademiyasının Tarix üzrə (Ümumi Tarix) müxbir üzvüdür.
- 2003-cü ildən Rusiya EA-nın müşaviridir.
- Rusiya EA-nın Arxeologiya İnstitutunun Dissertasiya Şurasının sədridir.
- 2004-cü ildən tarix, arxeologiya və etnoqrafiya üzrə Rusiya Humanitar Elmləri Fondunun ekspertlər şurasının sədridir.
- 2009-cu ildə Qafqaz Arxeologiyasının tədqiqi üzrə qrupun rəhbəri olub.
- 2009-cu ildən Dağıstan Dövlət Universitetinin fəxri professorudur.
- “Arxeologiya SSSR” çoxcildliyi nəşrinin redaksiya şurasının sədri, baş redaktor müavinidir.
- Müxtəlif vaxtlarda “Vorld Arxeoloci”, “Sovetskaya Etnoqrafiya”, “Rossiyskaya arxeologiya”, “Vestnik drevney istoriyi”, “Problemı İstoriyi, Filologiyi i kulturı” və “Obşestvennıe i qumanitarnıye nauki. Seriya. “İstoriya” jurnallarının redaktorlar kollegiyasının və şurasının tərkibinə daxil olumuşdur.
- Rauf Munçayev Qafqazın neolit, eneolit və erkən tunc dövrlərinin, o cümlədən də dolmen mədəniyyətinin tədqiqatçısı, Əfqanıstanda, Bolqarıstanda, Stavropol diyarında və Yaxın Şərqdə kompleks arxeoloji tədqiqatların rəhbəri kimi tanınır.
- 2015-ci il oktyabr ayının 27-də Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.