Biography
Also Viewed
Quick Facts
Places | Russia Azerbaijan | ||
was | Scientist | ||
Work field | Science | ||
Gender |
| ||
Birth | 20 June 1931 | ||
Death | 1996Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire (aged 64 years) | ||
Star sign | Gemini | ||
Employers |
|
Biography
Əliyev Rəşid Ələs oğlu — fəlsəfə elmləri doktoru, professor.
Həyatı
Əliyev Rəşid Ələs oğlu 1931-ci ildə anadan olub.
1954-cü ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun Tarix-ədəbiyyat fakültəsinə daxil olub və 1959-cu ildə bitirib. Ardanış kənd orta məktəbində iki il dərs hissə müdiri vəzifəsində işləyib. Krasnoselo rayon partiya komitəsində təlimatçı vəzifəsində çalışıb.
1963-cü ildə Krasnoselo RPK tərəfindən Bakı Ali Partiya məktəbinə göndərilib. 1965-ci ildən Bakı şəhəri, Lenin Rayon (indiki Sabunçu rayonu) Partiya Komitəsində təlimatçı vəzifəsində işləyib.
1967-ci ildə Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb.
1970-ci ildə şifahi xalq ədəbiyyatı mövzusunda müdafiə edərək fəlsəfə elmlər namizədi elmi dərəcəsi alıb. 1971-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunda pedaqoji fəaliyyətə başlayıb və fəlsəfə kafedrasının dosenti vəzifəsində çalışıb.
1990-cı ildə "Xalq müdrikliyi ictimai-fəlsəfi fikrin komponentidir" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
1992-ci ildən Azərbaycan Dövlət Tibb Universitetinin fəlsəfə kafedrasının professoru olub. "Xalq müdrikliyi", "Uzun ömürlüyün sirləri", "Müasir şəraitdə fəlsəfə fənninin tədrisinin bəzi məsələləri", "Zərdüştiliyin tarixi kökləri və sosial mahiyyəti", "Dinşünaslıq fənninə dair dərs vəsaiti" kitablarının və bir çox elmi monoqrafiya və məqalələrin müəllifi olub.
1996-cı ildə Bakı şəhərində vəfat edib.