Raqif Xudayev

Azerbaijani kickboxer
The basics

Quick Facts

IntroAzerbaijani kickboxer
PlacesAzerbaijan
isMartial artist Athlete Kickboxer
Work fieldSports
Gender
Male
Birth20 February 1978, Marneuli, Georgia
Age46 years
Star signPisces
The details

Biography

Rafiq Aslanoviç Xudayev (d. 20 fevral 1978, Marneuli, Gürcüstan SSR) — Kunq-fu üzrə 3 qat dünya çempionu, Kikboksinq və Kunq-fu üzre "Sarvan" klublarının prezidenti, "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası","Azərbaycan Respublikasının Əməkdar Məşqçisi", ədliyyə polkovnik-leytenantı.

Həyat və fəaliyyəti

Rafiq Aslanoviç Xudayev 20 fevral 1978-ci ildə Gürcüstan SSR-in Marneuli şəhərində anadan olmuşdur.

  • 1985-ci ildən idmanın sambo növü ilə məşğul olmaqa başlamışdır;
  • 1993-cu ildən kyokşin karate uşu ilə məşğul olur;
  • 1996-cı ildə idmanın kikboksinq növü;
  • 2010-ci ildə isə kunq-fu idman növü ilə məşğul olmuşdur.
  • 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsini bakalavr dərəcəsini bitirmişdir;
  • 2011-ci İldə Gürcüstan Dövlət Universitetinin Hüquq fakültəsini bitirir;
  • 2014-cü ilin iyun ayında İtaliyanın Sardiniya adasında kunq-fu üzrə keçirilən dünya cempionatında dünya çempionu adına;
  • 2015-ci ilin may ayında Lihnano Sabbiadoro şəhərində keçirilən dünya cempionatında dünya cempionu adına layiq görülmüşdür;
  • 2016-cı ilin iyun ayında İtaliyanın Friulli Venezia Giulia şəhərində keçirilmiş dünya cempionatında (veteran idmançılar arasında) dünya cempionu olmuşdur.
  • 2017-ci ildə Ukraynanın Kiyev şəhərində Personalın İdarə olunması üzrə Beynəlxalq Akademiyasında Maliyyə və kredit fakültəsində maliyyəci ixtisası üzrə magistr dərəcəsi almışdır;
  • 2014-cü ildə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinə texniki yardım göstərən “Alyans-Ukrayna Konsaltansı” Regional Mərkəzi tərəfindən Kiyev şəhərində tibbi məhsulların satınalma prosesinin və təchizatı sisteminin idarə edilməsinin əsas prinsipləri və qabaqcıl təşəbbüsləri mövzusunda təlim kursu;
  • 2011-ci ildə QİÇS, İsveçrənin Cenevrə şəhərində təsis edilmiş vərəm və malyariya ilə mübarizə üzrə qlobal fondun 9-cü qrant layihələrinin şərqi Avropa və Mərkəzi Asiya üzrə əsas Resipiyent nümayəndələri üçün satınalma üzrə təlim kursu,
  • 2011-ci ildə İtaliyanın Turin şəhərində Beynəlxalq Əmək Təşkilatının (OON) Beynəlxalq Treninq Mərkəzində Beynəlxalq maliyyə hesabatlarınin aparılması, maliyyə və satınalmaların idarə olunması mövzusunda treninq;
  • 2010-ci ildə QİÇS, İsveçrənin Cenevrə şəhərində təsis edilmiş vərəm və malyariya ilə mübarizə üzrə qlobal fondun 9-cü qrant layihələrinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əsas Resipiyent nümayəndələri üçün maliyyə və satınalma üzrə təlim kursu,
  • 2005-2019-cu illərdə qlobal fondun Azərbaycanda həyata keçirdiyi HİV/QİÇS və Vərəm layihələrində, maliyyə və satınalma üzrə mütəxəssis və işçi qrupunun üzvü kimi fəaliyyət göstərmişdir.

Ailəsi

Ailəlidir, 2 övladı var.

Mükafatları

  • 2017-ci ilin fevral ayının 27-də "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi";
  • 2018-ci ilin noyabr ayının 28-də isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ""Azərbaycan Respublikasının Əməkdar İdman Ustası" fəxri adlarına layiq görülmüşdür.
The contents of this page are sourced from Wikipedia article on 23 Feb 2020. The contents are available under the CC BY-SA 4.0 license.