Ramiz Rzayev

The basics

Quick Facts

Gender
Male
Birth25 February 1953, Khachmaz
Age71 years
The details

Biography

Rzayev Ramiz Yaqub oğlu — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Azərbaycanın əməkdar hüquqşünası.

Həyatı

Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977-1979-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992-1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993-1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995-2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilmişdir. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olmuşdur. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

Təltifləri

  • 25 fevral 2013-cü ildə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Yaqub oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar hüquqşünası fəxri adı verilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur.
  • Baş Prokurorun 23 fevral 2001-ci il tarixli əmri ilə "Prokurorluğun Fəxri işçisi" döş nişanı ilə təltif olunmuşdur.
The contents of this page are sourced from Wikipedia article on 23 Jul 2019. The contents are available under the CC BY-SA 4.0 license.