Rafiq Əşrəf oğlu Əzimov (6 fevral 1938(1938-02-06), Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli (2018).
Həyatı
Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub. 1964-cu ildə ailə həyatı qurub.
Fəaliyyəti
Rafiq Əzimov 10 sentyabr 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O, dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır.
Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dibdat bəy" (Dibdat bəy), "Göz həkimi" (İvanov), "Ordan-burdan" (İsmayıl) teletamaşalarında oynayıb.
Prezident təqaüdçüsüdür.
2013-cü ildə rejissor Sənan Sultanovun quruluşunda Azərbaycan Televiziyasında Rafiq Əzimovun həyat və yaradıcılığına həsr olunmuş “Sənət sevgisi” filmi çəkilmişdir.
Adlar və mükafatlar
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000
- Cəfər Cabbarlı mükafatı — 2010
- "Sənətkar" medalı
- "Şöhrət" ordeni — 2 fevral 2018
Teatroqrafiya
- Kalendario "Dəlilər" (Lope de Veqa),
- Mirzə Hüseyn "Toy", (Sabit Rəhman),
- Zəki "Yalan", (Sabit Rəhman),
- Qasım "Nişanlı qız" (Sabit Rəhman),
- Filon "Antoni və Kleopatra" (Uilyam Şekspir),
- Boraçio "Heç nədən hay-küy" (Uilyam Şekspir),,
- Həkim "Maqbet" (Uilyam Şekspir),,
- Rozenkrans "Hamlet" (Uilyam Şekspir),,
- Hersoq Albani "Kral Lir" (Uilyam Şekspir),
- Əhməd "Köç" (C.F. Başqut),
- Anton "Şeyx Sənan" (Hüseyn Cavid),
- Kiçik zabit "İblis" (Hüseyn Cavid),
- Arşaq, Vəzir və Vidadi "Vaqif" (Səməd Vurğun),
- Sərkis "Hacı Qara" (Mirzə Fətəli Axundzadə),
- Paj "Orlean qızı" (Fridrix Şiller),
- Dursun "Oqtay Eloğlu" (Cəfər Cabbarlı),
- Mirzə Cavad "Aydın" (Cəfər Cabbarlı),
- Şeyx "Ulduz, yaxud Ədirnə fəthi" (Cəfər Cabbarlı),
- Xristo "Falçı" (S. Kostof),
- Caynaq "Ana torpağı" (Çingiz Aytmatov),
- Rəhman "Mahnı dağlarda qaldı", (İlyas Əfəndiyev)
- Anaşkin "Sevgililərin cəhənnəmdə vüsalı", (İlyas Əfəndiyev)
- Əhmədcan "Qəribə oğlan", (İlyas Əfəndiyev)
- Rəhmanzadə "Bizim qəribə taleyimiz", (İlyas Əfəndiyev)
- Behbud bəy "Tənha iydə ağacı", (İlyas Əfəndiyev),
- Frans Fok "Xırs quldurbasan" (Mirzə Fətəli Axundzadə),
- Sərhəd pozan "Darıxma ana!" (Nodar Dumbadze),
- Həmzad Qurban "Dəli yığıncağı", (Cəlil Məmmədquluzadə)
- Rüstəm bəy "Anamın kitabı" (Cəlil Məmmədquluzadə),
- Müsyö Jordan "Müsyö Jordan və Dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə),
- Fənd Bağır "Adamın adamı" (Anar),
- Doktor Mahmud "Səhra yuxuları" (Anar),
- Mozalan "Sizi deyib gəlmişəm…" (Anar),
- Çığatay "Məhəbbət yaşadır" (Nahid Hacızadə),
- Amerika yazıçısı "Biganələr oteli" (Rüstəm İbrahimbəyov),
- Aleksandr Petroviç "Qızıl teşt" (Seyran Səxavət),
- Qəni müəllim "Gecə döyülən qapılar",
- İxtiyar "Burla xatun" (Nəbi Xəzri),
- Kişi "Hərdən mənə mələk də deyirlər…" (Kamal Abdulla),
- Vəzir "Fərhad və Şirin" (Səməd Vurğun),
- İbn Tahir "Dar ağacı" (Bəxtiyar Vahabzadə),
- Səttar "Rəqabət" (Bəxtiyar Vahabzadə),
- Naşir "Kəllə" (Nazim Hikmət),
- Əbdürrəhim bəy Haqverdiyev "Hərənin öz payı" (Xeyrəddin Qoca),
- Axund Mirmöhsün ağa "Hökmdar və qızı" (İlyas Əfəndiyev),
- Qasımlı "Bu dünyanın adamları" (Hidayət),
- Kişi "Anlaşılmazlıq" (Alber Kamyu)
- professor "Kabuslar" (Eduardo de Filippo)
- kloun ("Qoca kloun tələb olunur", Mate Vişnek)
- Şeyx Buxari ("Əmir Teymur", Hüseyn Cavid)
- Məşədi Oruc ("Ölülər", Cəlil Məmmədquluzadə)
- Osip ("Müfəttiş", Nikolay Qoqol)
- Mirzə Səməndər ("Almaz",Cəfər Cabbarlı)
Filmoqrafiya
Aktyor kimi
- Əmək və qızılgül (film, 1962) (tammetrajlı bədii film)
- Mənim əziz atam (1970) (tammetrajlı bədii film) (Rusiya)
- Sevil (film, 1970) (tammetrajlı bədii film) (rol: zabit)
- Yeddi oğul istərəm... (film, 1970) (tammetrajlı bədii film) (rol: Şahsuvar)
- Xatirələr sahili (film, 1972) (tammetrajlı bədii film) (rol: Vəli)
- Qızıl qaz (film, 1972) (tammetrajlı bədii film) (rol: Gündüz)
- Ömrün ilk saatı (film, 1973) (tammetrajlı bədii film) (rol: Sadıq)
- 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) (rol: Qaqaş dayı)
- Ad günü (film, 1977) (tammetrajlı bədii film) (rol: Səlim)
- Arxadan vurulan zərbə (film, 1977) (tammetrajlı bədii film) (rol: Hüseynov)
- Vulkana doğru (film, 1977) (üçseriyalı bədii film) (rol: Cabbarov)
- Babək (film, 1979) (tammetrajlı bədii film) (rol: mirzə)
- Mən mahnı qoşuram (film, 1979) (tammetrajlı bədii film) (rol: kənd sakini)
- Axtaran tapar (film, 1980)
- Topal Teymur (film, 1983) (televiziya tamaşası) (rol: Əli paşa)
- Mənim günahım (1985) (televiziya tamaşası)
- Göz həkimi (televiziya tamaşası) (rol: İvanov)
- Astana (film, 1986)
- Bircəciyim (film, 1986) (tammetrajlı bədii film) (rol: Musa)
- Şəhərli biçinçilər (film, 1986) (tammetrajlı bədii film) (rol: Əliş)
- Ordan-burdan (1987) (televiziya tamaşası) (rol: İsmayıl)
- Unudulan adam (1987) (televiziya tamaşası)
- Son döyüş (film, 1996) (tammetrajlı bədii film) (vəkil)
- Nigarançılıq (1998) (televiziya tamaşası)
- Otel otağı (film, 1998) (tammetrajlı bədii film) (rol: türk alim)
- Nə gözəldir bu dünya... (film, 1999) (tammetrajlı bədii film) (rol Arif)
- Atillanın atlıları (film, 2002)
- 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film) (rol: Sabir dayı)
- Absurdistan (film, 2008) (tammetrajlı bədii film) (Almaniya) (rol: dülgər)
- Bir ovuc torpaq (film, 2009) (tammetrajlı bədii televiziya filmi) (rol: münəccim)
- Cavad xan (film, 2009) (tammetrajlı bədii film) (rol: mirzə)
- Buta (film, 2011) (tammetrajlı bədii film) (rol: Baba)
Səsləndirdiyi filmlər
- İyirmialtılar (film, 1966) (tammetrajlı bədii film) (rus)
- Yaşamaq gözəldir, qardaşım! (film, 1966) (tammetrajlı bədii film) (Si Ya-u)
- Dağlarda döyüş (film, 1967) (tammetrajlı bədii film) (Oleq)
- Uşaqlığın son gecəsi (film, 1968) (tammetrajlı bədii film) (Murad)
- Bir cənub şəhərində (film, 1969) (tammetrajlı bədii film) (Sabir)
- Qatır Məmməd (film, 1974) (tammetrajlı bədii film) (kəndli)
- Qızıl uçurum (film, 1980) (tammetrajlı bədii film) (Qüdrət)
- Qara gölün cəngavərləri (film, 1984) (tammetrajlı bədii film) (Əbdüləli)
- Bəyin oğurlanması (film, 1985) (tammetrajlı bədii film) (Əhməd)
- Qanlı zəmi (film, 1985) (tammetrajlı bədii film) (tacir)
- İşarəni dənizdən gözləyin (film, 1986) (tammetrajlı bədii film) (müsavatçı)
- Təxribat (film, 1989) (tammetrajlı bədii film) (vəkil)
- "Yapon" və yaponiyalı (film, 1990) (Məlik-Babanov)
Mənbə
- Təranə. "Yeddi oğuldan biri" //Odlar yurdu.- London, 2009, aprel.- səh. 16.
- “Rafiq Əzimov: “Həyatımın ən çətin illəri idi”: [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Xəyalə Rəis //Kaspi.- 2015.- 8 may.- S.12.
- Əzimov, R. Sənətin tavanı yoxdur...: Rafiq Əzimov: “Bu yaşımda hələ də öyrənirəm”: [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Ulduzə Qaraqızı //Ekspress.- 2015.- 3 iyul.- S. 15.