Biography
Lists
Also Viewed
The basics
Quick Facts
Places | Azerbaijan |
Birth | 7 March 1970, Nehrəm, Azerbaijan |
Age | 54 years |
Star sign | Pisces |
The details
Biography
Qulu Novruzov (Qulu Novruz oğlu Novruzov; d. 7 mart 1970, Nehrəm) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, Təhsil Nazirliyinin keçmiş müavini.
Həyat və fəaliyyəti
- 1970 ci il martın 7-də Naxcıvan MR-nın Nehrəm kəndində anadan olub.
- 1977-1987-cü illərdə Nehrəm kənd orta məktəbdə oxuyub.
- 1988-1990-ci illərdə Moskva Hərbi Dairəsində hərbi xidmətdə olub.
- 1992-1997-cı illərdə BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alıb.
- 1997-ci ildən BDU-da çalışır.Azərbaycanın müxtəlif ölkələrlə (ABŞ, Yaponiya, Yunanıstan, Bolqarıstan, Latviya və s.) və Avropa İttifaqı ilə Ikitərəfli Hökumətlərarası birgə Əməkdaşlıq Komissiyalarında təhsil üzrə ekspert kimi iştirak etmişdir.
- 2005-ci ildə Azərbaycan respublikası Prezidentinin İran İslam Respublikasına rəsmi səfərinin hazırlanması ilə bağlı Tehrana ezam olunmuş ekspertlər qrupunun üzvi
- 2013-2016-cı illərdə Təhsil Problemləri İnstitutunun (indiki Təhsil İnstitutu) direktoru
- 2016-cı ildən isə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışıb
- 2003-cü ildən Avropa Şurasının Təhsil Rəhbər Komitəsində Azərbaycanı təmsil edir.
- 2018 - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilib.
Ailəsi
Ailəlidir, 3 övladı var
Təhsili
Elmi dərəcəsi və elmi adları
2005 dekabr - 2006 iyun ABŞ, Vaşinqton Universiteti Hüquq Məktəbi JFDP (Ali Məktəb Müəllimlərinin İnkişafı Proqramı çərçivəsində təhsil və tədqiqat).
Bu proqram çərçivəsində Vaşinqton Universitetində aşağıdakı ixtisas kurslarını bitirmişdir:
- Beynəlxalq təşkilatlar (Hüquq məktəbi)
- Beynəlxalq cinayət hüququ (Hüquq məktəbi)
- İnsan haqlarının beynəlxalq müdafiəsi (Hüquq məktəbi)
- Beynəlxalq münasibətlər (Jackson Beynəlxalq Əlaqələr məktəbi)
- Diplomatik danışıqlar (Jackson Beynəlxalq Əlaqələr məktəbi)
1992-1995 BDU, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsində tələbə
Əmək fəaliyyəti
- 1999-h/h BDU-nin Beynəlxalq Hüquq kafedrasında müəllim
- 1997-1999-ci illərdə Metodist Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsi
Apardığı dərslər : Beynəlxalq Ümumi Hüquq
Tədqiqat sahəsi
Beynəlxalq Ümumi Hüquq, Beynəlxalq Hüququn prinsiplərinin tədbiqi, Beynəlxalq və Regional Təhlükəsizliyin Hüquqi problemləri.
Konfranslar
Beynəlxalq seminar və Simpozium
- 2008 noyabr - Bakı, İnvestisiya müqavilələrinin hüquqi aspektləri
- 2008 oktyabr - Bakı, İSESKO-ya üzv ölkələrin Təhsil Nazirlərinin konfransı
- 2008 may - Bakı, YUNESKO-nun Savadlılığın dəstəlklənməsi ilə bağlı V Avropa Regional Konfransı
- 2006 aprel - Nyu-York (ABŞ) ANA (American Nationalities Assocation) illik Konfrans
- 2005 dekabr - Kanzas (ABŞ) Kanzas Universiteində dil təlim kursu
- 2004 dekabr Riqa (Latviya) Avropa Regionunda Ali təhsil ixtisaslarının tanınması ilə bağlı Avropa Şurasının Konfransı
- 2002 iyun - Oslo (Norveç) Mədəniyyətlərarası təhsildə dini dəyərlər
- 2000 sentyabr - Bakı, Avropa Şurası və Təhsil Nazirliyinin tarixin həssas məsələlərinin tədrisi ilə bağlı Konfrans
- 2000 iyun - İstanbul (Türkiyə) Qara Dəniz Universitetlər Birliyinin II Konfransı
- 2000 fevral - Bakı , Aspirantların və Gənc Tədqiqatçıların VI Respublika Elmi Konfransı.
Əsərləri
- 2008 - Beynəlxalq İnsan Hüquqları Paktlarında öz müqəddəratını təyinetmə
- 2008 - “External” self-determination, “internal” self-determination and representative government
- 2000 - Avropa Təhlükəsizlik Xartiyası Qafqaz Təhlükəsizliyinin yeni beynəlxalq hüquqi əsasıdır
- 1999 - Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi Qafqaz təhlükəsizliyinin prinsipi kimi
- 1998 - Xarici siyasətdə şəxsiyyətin rolu.